Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30

Email:

Haqqımda

dr-seymurMehtiyev Seymur Bəxtiyar oğlu (19.12.1984,Azərbaycan) -Uroloq-Androloq, cərrah.

Azərbaycan Tibb Universitetini müvəffəqiyyətlə bitirən Dr. Seymur Mehtiyev, uroloq-androloq ixtisası üzrə çalışdıqdan sonra öz ixtisasını daha da təkmilləşdirmək üçün İstanbul Universitetinin Tibb fakultəsinin Urologiya-andrologiya kafedrasında fəaliyyət göstərmişdir.

Türkiyədə olarkən bir çox xəstəxanalarda və klinikalarda həm terapevtik, həm də ən yeni üsullarla cərrahi müdaxilələrdə yaxından iştirak etmiş və nailiyyətlər qazanmışdır.

Avropa Uroloqlar Cəmiyyətinin, Türkiyə Uroloqlar Cəmiyyətinin və Türkiyə Androloqlar Cəmiyyətinin həqiqi üzvü olan Dr. Seymur Mehtiyev İspaniya, Çexiya və Almaniya kimi ölkələrdə keçirilən elmi konfranslarda iştirak etmiş və məruzələr hazırlamışdır. 2012-ci ildə ABŞ-ın Cleveland Universitetində Endourologiya üzrə müşahidəçi olmuşdur.

Namizədlik dissertasiyası üzərində işləyir. Azərbaycan, İngilis, Türk, Rus dillərini bilir.

Dr. Seymur Mehtiyev Bakının bir neçə səhiyyə müəsisələrində çalışmış, topladığı təcrübələr sayəsində böyük nailiyyətlər qazanmışdır. 2015-2016-cı illərdə Real Hospitalda Uroloq-Androloq, eyni zamanda bu klinikanın baş həkimi, 2016-2018-ci illərdə Grand Hospitalda Uroloq-Androloq vəzifəsində çalışmışdır. Hal-hazırda fəaliyyətini "Leyla Şıxlinskaya" Klinikasında uroloq-androloq cərrah kimi uğurla davam etdirməkdədir.

Dr. Seymur Mehtiyev, 2015-ci ildə Fransanın məşhur Medipol Hospitalında böyrək daşlarının flexibl lazerlə müalicəsi kursunda iştirak etmiş, birbaşa canlı böyrək daşı əməliyyatlarını həyata keçirmişdir.

2017-ci ildə Rusiyanın  Moskva və 2018-ci ildə Hollandiyanın Amsterdam şəhərlərində beynəlxalq tibbi konfranslarda iştirak etmiş, Endourologiya üzrə son yenilikləri öyrənmişdir.

Bu illərdə daima Avropada beynəlxalq konqreslərdə və kurslarda iştirak edir. Qazanılan yeni təcrübəni müvəfəqiyyətlə ölkəmizdə tətbiq etməkdədir.

eau-logo turk-urolo turk-andr eau-logo

 

Sertifikat və Diplomlar

Bu qalereyadakı cəmi şəkil sayı - 20

Uroloq-Androloq Dr Seymur Mehtiyev

Bu qalereyadakı cəmi şəkil sayı - 20