Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30; (+994 55) 244-44-30

Email:

Niyə Atalar Analardan daha rahat yatır?

 22.03.2017 - 21:23    693
  • 22 Mart 2017
  • 21:23
  •  693

Yoldaşınızın yuxusuzluğunun tək səbəbi körpəniz deyil.

Uşağınız var? Əgər belədirsə, yoldaşınız bəlkə sizdən çox daha tükənmiş vəziyyətdədir. Yeni edilən bir araşdırmaya görə, uşaq sahibi olmaq, qadınların yuxu nizamını pozarkən, kişilərin yuxu nizamı üzərində bir təzyiq göstərmir.

Araşdırmaçılar, evdə uşağın varlığının, qadınlarda yuxu nizamı üzərindəki yeganə faktor olduğu nəticəsinə çatırlar. Hətta, uşaq sayındakı hər bir artım, qadınların yuxu məhrumluğu səviyyəsini az qala 50 % daha da artırır.

Araşdırmanın nəticələrinə görə, uşaq sahibi qadınların yarısından azı 7 saatlıq yuxu yata bilir. 7 saatdan az yatmayan uşaqsız qadınların nisbəti isə 62%.
Yuxusuzluq isə qadınların tükənməsinə gətirib çıxarır: Uşaq sahibi qadınlar, bir ayın orta 14 günü özlərini yorğun hiss etdiklərini söyləyərkən, uşaq sahibi olmayanlar ayın 11 günü yorğun olduqlarını ifadə edir.

Uşaq sahibi olmaq qadınların həyatına mənfi təsir edərkən, kişilər üzərində hər hansı bir dəyişikliyə gətirib çıxarmır. Çünki araşdırmaya görə, evdə uşaq olması ilə kişilərin yuxu müddəti arasında heç bir bağlılıq yoxdur..

Əgər uşaq sahibisinizsə, məsuliyyəti yoldaşınızla paylaşmağa səy edin və yükünü yüngülləşdirin.

Keçmişdə edilən araşdırmalara görə, uşaq baxımı mövzusunda yoldaşı ilə bərabər məsuliyyət alan qadınların əlaqələri və seks həyatları daha keyfiyyətli olur. Bundan əlavə, partnyorları ilə daha az mübahisə yaşayırlar. Bu da təbii ki xoşbəxtlik deməkdir. Həm yoldaşınızın,həm də dolayı yolla sizin xoşbəxtliyiniz üçün, uşağınızın məsuliyyətindən qaçmayın.