Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30

Email:

Kişilərin sevməli olduğu qidalar

 22.06.2018 - 12:56    350
  • 22 İyun 2018
  • 12:56
  •  350

Kişi və qadın bədəni arasındakı bioloji fərq də iki orqanizm strukturu tərəfindən lazım olan qida fərqinə də səbəb ola bilər. Kişilərin qəbul  etməsi lazım olan qidaların bir hissəsini hazırlamışıq. Ekspertlərin fikrincə, bu qidaların hamısı sağlam və kişilərin tez-tez qəbul etməli olduğu məhsullardır . Siyahıda olanlara nəzər yetirək ...

Qırmızı ət

Qırmızı ət bədənin gücünü artırır, eyni zamanda infeksiyaları sürətlə yaxşılaşdırmaq qabiliyyətinə malikdir.

Qırmızı bibər və pomidor

Tez-tez qırmızı bibər və pomidor kimi məhsullar qəbul edərək, infarkt riskindən uzaqlaşa bilər və immunitet sisteminizi güclü C vitamini ilə gücləndirə bilərsiniz.

 

erkeklerin-mutlaka-yemesi-gereken-yiyecekler-11471262

 

 

Yağlı balıq

Balıq insan bədəninə çox fayda gətirir. Balıq və digər dəniz məhsullarının  faydaları arasında, xolesterolu və qan təzyiqi azaltmaq, saç tökülməsinin qarşısını almaq və s. vardır.

Yumurta

Yumurtanın az bilinən  xüsusiyyətlərindən biri də anti-xərçəng təsiridir.

Lobya

Gündəlik həyatımızda tez-tez qəbul etməli olduğumuz  lobya diabet və müxtəlif ürək xəstəliklərindən qorunmaq üçün xeyirlidir.

Yulaf

Qan şəkərini tənzimləyən yulaf şəkər xəstəliyi və ürək xəstəliyi riskini azaldır.

Fındıq

E, B vitaminləri və magneziumdan zəngin olan fındıq,ürək sağlamlığını da qoruyur.