Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30

Email:

İstilər ən çox kişilərə təsir göstərir.

 07.07.2018 - 15:09    301
  • 07 İyul 2018
  • 15:09
  •  301

Yay aylarında temperaturun normadan artıq isti olması kişilər üçün ikiqat zərərlidir.İsti havalar və dar geyimlərin kişi sağlamlığı üçün nə dərəcədə ziyanlı olduğunu bilirdiniz?

Dar şalvarlar hava keçirmədiyi üçün bədən temperaturunun müxtəlif bölgələrdə dəyişməsinə səbəb ola bilir.Bu vəziyyət kişi sonsuzluğu probleminə kimi gətirib çıxara bilir.Son zamanlar sonsuzluqla bağlı müraciətlərin çoxalmasını nəzərə alsaq, bu problemin göz ardı edilməyəcəyini də bilmək lazımdır.Bu zərərləri yalnız dar şalvarlar deyil,dar alt geyimiləri də verə bilir.

Damarlarda sərt toxumalar olmadığı üçün bu sıxlığa müqavimət gösdərə bilməz və böyük ziyan çəkərlər.Qan dövranı pozular və varikoz yaranmağa başlayar.İsti havalarda həmin prosesin baş verməsi daha da asanlaşar.

Ümumiyyətlə 20-40  yaş arası kişilərə təsir edən və səbəbi bilinməyən testis ağrılarının da əslində dar alt paltarlarından qaynaqlandığını bilmək lazımdır.Təbii ki bu mövzuda tək səbəb dar geyimlər deyildir.

Ekspertlərin fikrincə, bunun qarşısını almaq üçün ən vacib amillərdən biri pambıq, tərlətməyən və dar olmayan geyimlərdən istifadə etmək lazımdır.