Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30

Email:

Hər bir kişinin kostyumla bağlı bilməsi vacib olan qaydaları.

 04.08.2018 - 13:32    373
  • 04 Avq 2018
  • 13:32
  •  373

1.Qalstukun eni pencəyin yaxasının eni ilə bərabər olmalıdır.

2.Pencəkdə son dövrdə incə yaxalıqlar qalın yaxalıqlara nisbətən daha çox dəbdədir.

3.Yaxa yaylığı sizi daha tərzli göstərə bilər.Ancaq parçanın və toxunuşunun kostyumunuza uyğun olmağına diqqət etməlisiniz.

4. Ən önəmli qayda pencəyin çiyinlərinin tam oturmasıdır.

5.Köynəyin yaxalığı ilə pencəyin yaxalığı arasında çox boşluq olmamalıdır.Həmçinin köynəyin yaxası pencəyin yaxasının altında gizlənməməlidir.

6.Gündəlik həyatınızda qara rəng kostyum əvəzinə boz və ya tünd-qəhvəyi rənglərə üstünlük verə bilərsiniz.

7. Kəməriniz incə və ayaqqabı rənginizlə eyni və ya rənginə uyğun olmalıdır.

8.Ayaqqabınızın rənginin də kostyumunuzla uyğun olmasına diqqət etməlisiniz.

9.Gündəlik və rahatlıq üçün tək düyməli pencəklərə üstünlük verə bilərsiniz.Əgər işgüzar görüşünüz varsa o zaman iki düyməli pencəklər seçiminiz ola bilər.

10.Qalstukunuz hər zaman köynəyinizdən və kostyumunuzdan daha tünd rəngdə olmalıdır.

11.Pencəyinizin önünü düymələdikdən sonra əlinizi pencəyin içərisinə rahatlıqla sala bilməlisiniz ancaq nə çox boş,nə də çox dar olmalıdır.

12.Oturduğunuz zaman pencəyin düyməsini mütləq açın.Həm düymənin genişlənməyinin qarşısını alırsınız,həm oturduğunuz zamankı pis görüntünün.

13.Pencəyiniz 2 düyməlidirsə, üst düyməsi ,3 düyməlidirsə orta düyməsi göbəyinizin üstünə düşməlidir.

14.Jilet geyinirsinizsə,hər zaman ən son aşağı düyməsini açıq saxlayın.

15.Köynəyin qolunun uzunluğu hər zaman pencəkdən 1.2-1.5 sm çöldə qalmalıdır.

16.Oturduğunuzun zaman ayaqlarınızın görünməyəcəyinə əmin olduğunuz uzunluqda corab geyinin.

17.Pencəyinizin uzunluğu şalvarın zəncirbəndilə  (zamok) eyni yerdə bitməlidir.

18.Qalstuk kəmərinizn üst hissəsinə qədər düşməlidir.

19.Daha modern bir görünüş üçün şalvarınız ayaqqabınızın üstünə düşməlidir,dabanınızn yox.

20.Əgər çox tərləyənsinizsə,köynəyin altından mayka geyinin.