Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30

Email:

Stressli kişiləri gözləyən təhlükə

 14.09.2018 - 13:18    161
  • 14 Sen 2018
  • 13:18
  •  161

Bir çox xəstəliklərin stressdən yarandığı məlumdur.Stresdən yaranan ancaq bilinməyən başqa bir sağlamlıq problemi daha vardır: Testosteronun aşağı düşməsi.

Stresin beyində hipoviz vəzinə bağlı limbik sisteminə (duyğuları,reaksiyaları idarə edən sistem) təsir etdiyi,böyrəküstü vəzilərdən artıq stress hormonu yaratdığı və bir neçə xəstəliklərə yol açdığı araşdırmalar nəticəsində məlum olub.Bunların arasında yuxu problemi,iştahsızlıq,xroniki baş,əzələ ağrıları,depressiya,artıq çəki alma,mədə-bağırsaq xəstəlikləri vardır.Ancaq stressə bağlı olaraq yaranan ,çox da bilinməyən başaq bir problem testesteron azlığıdır.

Testeron kişilərdə testislərdə yaranır.Beyindən ifraz olunan hormonlar testisləri xəbərdar edərək,kişi bədənində təxminən 5-7 mq testesteron istehsalı təmin edir.

Testis travmasından qulaqdibi xəstəliyinə,artıq çəkidən yaşlanmağa kimi bir çox səbəb bu hormonu aşağı sala bilər.Bunlardan biri də stressdir.Xayalardakı testesteron hormonunu yaradan beyin duyğuları və reaksiyaları kontrol edən sinir sistemiylə ortaq işlədiyindən həddindən artıq stress vəziyyətində testosteron istehsalını təmin edən siqnallar düşür.Bunun nəticəsi isə belədir: Həddindən artıq stress altında olan,daimi həyəcanlı,xoşbəxt olmayan kişilərdə testesteron daha az istehsal olunur.Bu səbəbdən orta yaşlardan sonra başlayan andropoz da daha cavan yaşlarda meydana çıxaq bilir.

Testesteron azlığının göstəriciləri nələrdir?

Testesteron azlığının bir neçə göstəriciləri vardır.Onlardan ən önəmlisi cinsi problemlərdir.Testesteron azlığı olan kişilərdə cinsi zəiflik,sərtləşmə və ya erkən boşalma problemləri yarana bilir.Belə kişilər artıq kilo almağa,həzm sistemi xəstəliklərinə,oynaq və əzələ ağrlarına daha tez rast gələ bilirlər.Belə vəziyyətdə yorğunluq,halsızlıq hissi artır.

Nə etməlisiniz?

Testesteron səviyyənizi ölçmək üçün ilk növbədə həkim müayinəsindən keçməyiniz,testeron analizi verməyiniz mütləqdir.Nəticəyə uyğun olaraq sizə yazılan müalicədən əlavə,testesterona təsir edən stressdən də uzaq olmaq lazımdır.

Müalicənin müsbət nəticə verməsi,digər xəstəliklərin də sizdən uzaq olması üçün ilk edəcəyiniz stresslə mübarizə aparmaq,lazım gəldikdə stressə qarşı da müalicə almaq,bədəninizi və beyninizi sakitləşdirən meditasiyalarda iştirak etməkdir.