Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30

Email:

Kişilərdə saç tökülməsi

 20.09.2018 - 13:10    212
  • 20 Sen 2018
  • 13:10
  •  212

Saç tökülməsi mövsümi dəyişikliklər, stress, dəmir çatışmazlığı, hormon xəstəlikləri səbəbiylə meydana gələ bilir. Lakin uzun müddətli saç tökülməsi ciddi xəstəliklərin əlamətlərindən biri sayıla bilər .

Kişilərin ən böyük qorxusu olan və 25 yaşdan yuxarı əksər kişilərdə saç tökülməsi müşahidə edilir.

Kişilərdə saç tökülməsi əsasən başın üst hissəsində baş verir.Getdikcə başın üstü tamamilə saçsız olmağa başlayır. Və saç yalnız başın  yan  tərəflərində qalır.

Kişilərdə saçlar niyə tökülür?

1. Genetika

Kişilərdə saç tökülməsi ailədən mirasıdır. Saç tökülməsi insan DNT'sində kodlanırsa  bu vəziyyət əksər hallarda saç dökülməsinə gətirib çıxarır. Genetik tökülmə xarici müdaxilələrlə dayandırıla bilməyəcək tökülmə növüdür. Saçların bu cür problemindən  əziyyət çəkənlər üçün saç müalicəsi müvəqqəti həlldir, saç əkilməsi qalıcı ola bilər.

Bu vəziyyətin erkən diaqnozu saç dökülməsini yavaşlatmaq üçün bəzi tədbirlərin görülməsinə imkan verir.

2. Hormonlar

Dihidrotestosteron və ya DHT, saç tökülmə prosesinə təsir  edən testosterona bağlı hormondur və testosteronun 5-alfa-reduktaza adlı bir ferment ilə reaksiya göstərdiyi zaman meydana gəlir. Saç DHT –yə məruz qaldıqda seyrəkləşməyə  başlayır. Bu nəticədə saç daha incə və qısa olur. Başın müəyyən hissəsində follikulların yarısından çoxu DHT-yə məruz qaldıqda, kişilər saç tökülməsinə məruz qalır.

Siz kişilərdə saç tökülməsinin ən ümumi səbəbləri haqqında bir qədər  məlumat əldə etdiniz. Ətrafınızda və ya özünüzdə hər hansı bir saç tökülməsini yaşayan varsa, bunun qarşısını almaq  üçün bir mütəxəssis həkimə müraciət etməyi məsləhət görürük.