Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30

Email:

Kişilər üçün hər zaman dəbdə olan geyim sirləri

 28.12.2018 - 14:29    74
  • 28 Dek 2018
  • 14:29
  •  74

Kişilər əksər vaxtlarda geyimlərinə xüsusi diqqət etmirlər.Bundan əlavə kişilər geyim seçimi edərkən riskə getmək də istəmirlər.

Ancaq siz ətrafınızda olan eyni stilli dostlarınızdan fərqlənmək isdəyirsinizsə məqaləmizi oxumağa dəvət edirik.

1.Dərzi

Dərzi  kostyumunuzun ya da şalvarınızın ölçüsünü qısaltmaq üçün deyil,aldığınız hər geyimin sizin bədəninizə uyğunlaşdırmaq üçün də lazım ola bilər.Onun üçün ehtiyatda hər zaman bir dərzinizin olmasında fayda var.

2.Kiplik

Aldığınız geyim nə olur olsun əyninizə kip oturmağına diqqət edin.Əlinizi jiletin,paltonun yaxasından içəri rahat keçirdə bilməlisiniz.Ancaq nə çox geniş, nə də çox dar olmalı deyil.

3.Qalstuk

Qalstuk kəmərinizdən nə çox qısa,nə də çox uzun olmamalıdır.

4.Qalstuk-pencək

Qalstukunuzun eni pencəyinizin yaxalığından enli olmamalıdır.

5.Qalstuk-yaylıq

Qalstukunuzun və yaxalıq yaylığınızın eyni parçadan olması mütləq deyil.Sadəcə bir-birini tamamlamağa diqqət edin.

6.Köynək-pencək

Köynəyinizin qollarının pencəyinizin qollarından 1-2 sm uzun olması lazımdır.

7.Şalvar-ayaqqabı

Kostyum geyindiyiniz zaman şalvarınızın ayaqqabınızın üstünə çox yığılmamasına diqqət edin.

8.Pul qabı

Pulunuzu şalvarınızın ciblərindən çıxartmaqdansa,səliqəli formada pulqabında olmağı daha müasir sayılır.

9.Ayaqqabı-şalvar

Dəri ayaqqabı geyinirsinizsə,kəmərinizin də eyni rəngdə olmağı lazımdır.

10.Klassik ayaqqabı

Qardirobunuzda bir cüt keyfiyyətli  klassik ayaqqabı olsun.

11.Təmizlik

Ayaqqabınızın hər zaman təmiz olmasına önəm verin.Təmiz ayaqqabılar geyinin.

12.Barmaq arası başmaq

Barmaq arası başmaqlar çimərlikdə geyinmək üçündür.Bunu unutmayın...

13.Ağ ,qara köynək

Ağ və ya qara rəng köynəklər  (mayka) hər zaman dəbdədir.

14.Pencək

Pencəyinizin son düyməsini heç vaxt bağlamayın.

15.Corablar

Corablarınızın geyiminizlə eyni rəngdə olmağı mütləq deyil,ancaq uyğunluq mütləqdir.