Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30

Email:

Kişilərin idmanla məşğul olmasına səbəb olan 8 fakt

 17.01.2019 - 14:43    135
  • 17 Yan 2019
  • 14:43
  •  135

1.Yaşlandıqda kök və qarınlı kişilərə bənzəməmək üçün.Uşaq vaxtlarında qarınlı,kök dayılara gülən kişilər,sonradan əksər qadınların da belə düçüncələrinin olduğunu bildiklərindən idman etməyə və qüsursuz bədənə sahib olmağa üstünlük verirlər.

2.Xoşbəxt olmaq üçün. Bəli,kişilər idman edərkən xoşbəxtlik hormonu endorfenin bədəndə artdığını bildikləri üçün stressli zamanlarında belə idmanla məşğul olmağa davam edirlər.

3.Geyim. Kişilər aldıqları geyimlərin modeldəki kimi əyinlərinə oturmasını  və yaraşmasını isdədiklərindən bədənlərini formaya salmaq lazım olduqlarını bilirlər.Bu isdəklərinin reallaşması üçün idmanın əsas rol oynadığını bilirlər.

4.Disiplinli həyata sahib olmaq.Düzənli edilən idman insanın həyatını da nizamlı etməyi bacarır.Qəbul edilən qidadan,yuxu rejiminə kimi hər bir gündəlik vərdişlər qaydasıyla və nizamlı şəkildə yerinə yetirilməyə başlanılır.

5.Nə vaxtsa davaya qarışmaq.Dostlarla və ya tək hər bir kişinin həyatında bir dəfə də olsa,davaya qarışmaqları olub.Həmin davalarda “güclü” olmaq , digərlərindən fərqlənmək üçün idman əsas vasitədir.

6.Xarici görünüş.Bəzən kişilər özlərini çirkin hesab etdiklərindən bədənləriylə fərqlənmək isdəyirlər.Və ya əksinə yaraşıqlı oğlanlar daha da diqqət çəkmək üçün idmana yazılırlar.

7.Sağlam olmaq və sağlam yaşamaq.Əksər xəstəliklərin səbəbkarının artıq çəki olduğu artıq hər kəsə məlumdur.Onun görə çəkidən azad olmaq və sağlam yaşamağın yolu ilk növbədə idman etməkdən keçir.

8.Bu sadalananların hamısını unudun.Kişilərin idman etməklərinin ilk və əksər zaman tək səbəbi qadınları özlərinə cəlb etmək ,onlara daha yaraşıqlı və güclü görünməkdir.Digər faktlar hər zaman sonra gəlir

Ümid edirik ki,bundan sonra idman etməyə daha çox meylli olacaqsınız laughing