Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30; (+994 55) 244-44-30

Email:

Kişi ürəyini qorumanın yolları

 29.01.2017 - 21:20    752
  • 29 Yan 2017
  • 21:20
  •  752

İnsanın həyat keyfiyyətini pozan və iş səmərəsini azaldan ürək xəstəliyi, kişilərdə daha çox görülür.

İnkişaf etmiş ölkələrdə olduğu kimi ölkəmizdə də yayılan xəstəliyin səbəblərini və ən təsirli qorunma üsullarını izah edirik.

Kişilərdə, xüsusilə 35-55 yaş arasında daha yüksək nisbətdə görülən bu xəstəlik, ürəyi qidalandıran tac damarların damar sərtliyi və ya ateroskleroz kimi bilinən xəstəliklə daralması və ya tıxanması nəticəsində ortaya çıxar. Infakta və ürək çatışmazlığına gətirib çıxarar, ölüm səbəbləri arasında da ilk sıradadır.

Ürək xəstəliyinə yol açan damar sərtliyinin irəliləməsinin qarşısını almaq üçün, ilk növbədə sağlam qidalanmaq, nizamlı məşq etmək, siqaret istifadə etməmək, sağlam həyat şərtlərinə diqqət göstərmək və həddindən artıq stressdən uzaq qalmaq vacibdir. Şəkər xəstəliyi, qan təzyiqi və qan yağları yüksəkliyi kimi riskləri olanlar həkim nəzarəti altında verilən dərmanları vaxtında istifadə etmək lazımdır.  

Ürək xəstəliyinə namizəd kəslərin qorunması üçün lazımlı bir müalicə aparılmalıdır. Xüsusilə, yaxın qohumlarında erkən yaşlarda ürək xəstəliyi olanların, şəkər xəstəliyi, təzyiq və xolesterol yüksəkliyi, stressli həyatı olan və siqareti tərgidə bilməyənlərin , nizamlı məşq etmə vərdişi olmayan,ya da həddindən artıq köklük və oynaq problemləri səbəbiylə məşq edə bilməyənlər, qorunmaq məqsədiylə həkim müayinəsindən keçməkləri və  müalicələri almaları tövsiyə edilir.