Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30

Email:

Bu ağrılar kişiləri qorxudur

 29.01.2017 - 21:25    7283
  • 29 Yan 2017
  • 21:25
  •  7283

Kişilərin həyat keyfiyyətini pozan narahatlıqlar arasında ilk sırada xroniki qasıq və xaya ağrısı gəlir. Bu ağrı, yüngül yanma şəklində ola bildiyi kimi həyatı çəkilməz edəcək şəkildə şiddətli də ola bilər.

Ağrının səbəbi bilinmir.

Xroniki qasıq və ya testis ağrılarının əsas səbəbləri; qasıq yırtığı, enməmiş xaya və ya vazektomiya (kişilərdə xaya kanallarının bağlanması əməliyyatı) kimi qasıq və ya testis bölgəsi ətrafındakı əməliyyatlar, təkrarlayan testis infeksiyaları, o bölgəyə aid zədələr,ya da böyrək və ya prostat əməliyyatları keçirilmiş olmasıdır. Bununla birlikdə xəstələrin təxminən əhəmiyyətli bir qisimində ağrının dəqiq səbəbi göstərilə bilmir. Bu ağrıların ortaya çıxma mexanizmi da tam olaraq bilinmir.

Müalicədə əsas məqsəd ağrının aradan qaldırılmasıdır.

Narahatlığın, müalicəsində məqsəd xəstənin ağrısını yaxşılaşdıraraq həyat keyfiyyətini artırmaqdır. Bu səbəblə müalicənin başlanğıcında ağrı kəsici və antibiotik müalicəsi tətbiq olunur. Bu, xəstələrin əhəmiyyətli bir qisimində ağrının tamamilə itməsini təmin edə bilər. Xroniki qasıq və testis ağrısı bəzi xəstələrdə bir neçə aydan bir neçə ilə qədər uzanan müddətlərdə davam edə bilər. Əgər xəstənin gündəlik fəaliyyətlərinə təsir edəcək qədər şiddətli ağrısı varsa və ya antibiotik və ağrı kəsici müalicəsinə cavab verilmirsə, cərrahi əməliyyatlara müraciət edilə bilər.