Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30

Email:

Sizi tez yaşlandıran 6 zərərli vərdiş

 17.08.2017 - 17:38    1155
  • 17 Avq 2017
  • 17:38
  •  1155

Yaşlanmaq hamımız üçün təbii bir prosesdir. Ancaq eyni yaşdakı hər insanın eyni görünüşə sahib olmaması, yaşlanma üzərində bizim də təsirimizin  olduğunu göstərir. Yaşlanma mövzusunda ilk təyin edici şey, genetik faktorlar olsa da, bəzi vərdişlərimiz yaşlanma müddətinə qaçar addım getməmizə səbəb olur. Yaxşı, bizi lazım olandan əvvəl yaşlandıran bu zərərli vərdişlərimiz nələrdir? Erkən yaşlanmaq istəmirsinizsə bir an əvvəl dəyişdirməniz lazım olan 6 zərərli vərdiş.

Siqaret çəkmək

Zərərli vərdiş deyəndə, heç şübhəsiz ağla ilk gələn şey siqaretdir. Çünki siqaret yalnız sağlamlığımıza zərər verməklə qalmır, eyni zamanda dərimizi də təsir edərək erkən yaşlanmasına səbəb olur. Çünki siqaretin içində olan nikotin, dərinin nəfəs almasına maneə törədir. Bu da azmış kimi siqaret çəkən insanların başda üst dodaq olmaqla ağız ətrafında daha erkən yaşda qırışlar meydana gəlir. Siqaretə məruz qalan dəri, zamanla elastikliyini itirir və bu da dərinin keyfiyyətini aşağı salır. Araşdırmalar siqaret çəkmənin dərinin yaşlanmasına günəş şüalarından  belə daha çox zərər verdiyini ortaya qoyur.

Günəş kremi istifadə etməmək

siqaret-2

Təəssüf ki, günəş  dərimizin dostu deyil. Çox günəşə məruz qalmaq, uzun saatlar boyunca günəş vannası qəbul etmək, dərinin qalınlaşmasına, dəridə xəttlər meydana gəlməsinə, günəş ləkələrinə səbəb olur. Dəri tipinə uyğun günəş kremləri  bu zərəri azaltmaq üçün ən məntiqli həll yoludur,ancaq bu kremləri yalnız yayda istifadəsinin  lazım olduğunu düşünmək olduqca səhvdir. Çünki günəşin yaydığı və qırışa səbəb olan UVA şüaları, il ərzində eyni dərəcədə güclü əks olunur. Biz bu şüaları gözümüzlə görməsək də, əslində bu şüalara məruz qalan dərimiz, ciddi problemlərlə qarşı-qarşıya qala bilir. Buna görə qışda belə əllərimizə, üzümüzə, öz dəri tipimizə uyğun bir günəş kremi sürmək lazımdır.

Yanlış bəslənmək

yanlish-beslenmek

Qeyri-sağlam qidalanma, yalnız sağlamlığımıza təsir etmir, dərimiz üzərində də birbaşa olaraq təsirə sahibdir. Tək istiqamətli, yağlı qidalanma, çox şəkər və duz qəbulu, spirt kimi faktorlar, dərimizin daha sürətli yaşlanmasına səbəb olur. Bu səbəblə, bədənimizin ehtiyacı olan vitaminləri ala biləcəyi qidalar qəbul etməli, balanslı və sağlam qidalanmalıyıq. Lifli qidalar, tərəvəz və meyvələr, süfrəmizdə mütləq olması lazım olanlardandır.

Az su içmək

az-su-ichmek

Həyatın qaynağı olan suyun əhəmiyyəti haqqında bütün həkimlər, mütəxəssislər eyni fikirdədir. Su içmək yalnız sağlamlığımız üçün deyil dərimiz üçün də çox əhəmiyyətlidir. Bir insanın gündə ortalama olaraq 8 stəkan su qəbul etməsi lazımdır. İnsan əgər ehtiyacı olan sudan daha azını tükətsə, dəri quruluğu kimi problemlərlə qarşı-qarşıya qala bilər, həmçinin az su içmək toksik maddələrin tərləmə yolu ilə çölə atılmasına da maneə törədir. Bu da bir çox dəri xəstəliyinə zəmin hazırlayır. Ehtiyacı olan suyu ala bilməyən dəri, möhkəmliyini itirir və daha erkən yaşlanır.

Stressə məruz qalmaq

stress

Stress və pis ruh halı, bədən və ruh sağlamlığı üzərində mənfi təsirə malikdir. Dərimiz stressə qarşı, eynilə yuxusuzluğa verdiyi kimi bir reaksiya göstərir. Gərginlik və stressə məruz qalmaq, üzümüzün yaşlanmasına, qırışlara, saç ağarmasına və saç tökülməsinə səbəb ola bilər.

Makiyajla yatmaq və səhv kosmetik məhsulları

makyaj

Makiyaj, qadınların sevimlisi olsa da, dərinin məsamələrini tıxadığını hamımız bilirik. Bu səbəbdən makyajımızı üzümüzdə uzun müddət tutmamalı və  gün ərzində  tez-tez makiyaj etməməliyik. Xüsusilə,gecə boyu nəfəs almağa ehtiyacı olan dərimiz üçün, gecə yatmadan əvvəl mütləq makyajımızı təmizləməliyik. Çünki makyajla yatıldığında dəridəki məsamələr tıxanır və dəri çirkləri tıxalı məsamələrdən çölə çıxa bilmir. Bu da dəridə sızanaq meydana gəlməsinə və erkən yaşlanmağa səbəb olur.