Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30; (+994 55) 244-44-30

Email:

Sidik kisəsi daşı nədir,necə yaranır?

 06.01.2018 - 12:19    360
  • 06 Yan 2018
  • 12:19
  •  360

Sidik ifrazat sistemini təsəvvür etsək, böyrəkdən başlayan və sidik axarı yolu ilə gedən bir sistemdir və bu sistemdə su anbarı kimi fəaliyyət göstərən orqan sidik kisəsidir.

Sidik yolları bədəndən bəzi tullantıları təmizləyən bir sistem olaraq işləyir.Bu tullantılar arasında artıq duzlar var. Bu duzlar doymuş olsa da, çökmürlər. Bu prosedurun səbəbi duzların çökməsinə mane olan bəzi maddələrin olmasıdır. Səbəb isə az maye və ya normadan artıq duz qəbulunun olmasıdır.

 Ümumiyyətlə ,böyrək sisteminin  hər hansı bir yerində daş ola bilər və onlar  yerləşməyinə  görə fərqli adlandırılır. Sidik kisəsində  meydana gələn daş parçası  sidik kisəsi  daşı olaraq təyin edilir.

Sidik kisəsində ola daşlar  çınqıl, ulduz, yumurta və dəyirmi şəkillərində olur. Sidik kisəsi daşları 50 yaşdan yuxarı  və kişilərdə daha çox görünür. Uşaqlar və yeniyetmələrdə isə irsi faktordan qaynaqlana bilir.

Sidik kisəsi daşının yaranmasına səbəb olan faktorlar.

Sidik kisəsi  daşları ümumiyyətlə böyrəkdən  aşağıya doğru enib kisədə ilişib qalması ilə və ya kisə içərisində primer (başlanğıc) olaraq meydana gələr. Bu daşlar keçirilmiş bir əməliyyatdan sonra, yara,tümör kimi başqa səbəblərdən meydana gələ bilər.

Bundan əlavə,normadan artıq doymuş duz qəbulu, az su içilməsi,genetik faktor, hərəkətsiz iş şəraiti, çox oturmaq, həddindən artıq hərəkətsizlik, uzun müddət yatmaq məcburiyyətində qalmaq, iflic xəstələri, həddindən artıq proteinli,kalsiumlu qidalanma, artıq D vitamini qəbulu,vərəm xəstəliyi, şəkər xəstəliyi kimi bəzi xəstəliklər də sidik kisəsi daşı meydana gəlməsində təsirlidir. Çox nadir hallarda hamiləlik müddətində də  sidik kisəsi daşı meydana gələ bilər.

Sidik kisəsi daşı əlamətləri.

Bu əlamətlər kəsik-kəsik işəmə, çətin sidiyə çıxma,yanma hissi, sidik kisəsinin tam boşalmaması, sidiyin bulanıq gəlməsi və xüsusilə qanlı sidik gəlməsi kimi əlamətlərdə görünə bilər.

Daşın ölçüsü və yerindən asılı olaraq  bəzən və bəzi xəstələrdə ağrılı ola bilər. Sidik kisəsi daşı ağrısı kişilərdə penisin kök qisminə və ucuna vuran ağrı tərzində ola bilər. Qadınlarda, sidik kisəsi daşları vaginal bölgəyə təsir edə bilər.

Sidik kisəsi daşları infeksiyaya səbəb ola bilir .Sidik kisəsi daşı infeksiyaya səbəb olduğu zaman  xəstədə temperatur, titrəmə, bulanıq sidik  və ya sidiyə tamamilə çıxılmaması , göbəyin altında şişkinlik və şiddətli ağrıya yol aça bilər.

Sidik kisəsi daşı ağrısı necə azaldıla bilər?

Sidik kisəsi daşı kişilərdə daha çox penisdə,qadınlarda isə vagina hissəsində ağrı yarada bilər.Ağrının azaldılması üçün isti vanna qəbulu,ağrı zamanı pozisiya dəyişmək,həkimin göstərişi ilə yazılan kanal genişləndirici dərman istifadəsi məsləhətdir.Bundan əlavə bol su içmək,hərəkətli olmaq,idman etmək məsləhətdir.

Sidik kisəsi daşının diaqnozu necə qoyulur?

Sidik kisəsi daşından şübhələnən bir xəstə əvvəlcə bir uroloqa müraciət etməlidir. Həkim müayinəsindən sonra xəstədən istənilən ilkin olaraq ultrasəs müayinəsidir (USM).Daşların 80-85%-i bu müayinə əsasında görülə bilər.

Bəzən USM müayinəsi zamanı görünməyən daşlar komputyer tomoqrafiyasından sonra daha dəqiq təsbit olunur.

Sidik kisəsi daşı müalicə üsulu.

Sidik kisəsi daşlarının müalicəsi müxtəlif formalarda ola bilir.Kisədəki daşın ölçüsü 0.5 sm ölçüsündən kiçikdirsə,daşın öz-özünə düşməsi və ya köməkçi vasitələrdən istifadə olunur.Xəstənin bol maye qəbul etməsi,isti vanna,kanal genişləndirici dərman müalicəsi köməkçi vasitələrdəndir.

Sidik kisəsi daşı əməliyyatı necə edilir?

Lakin ölçüsü 0.5 sm-dən böyük olan sidik kisəsi daşlarında müdaxiləyə ehtiyac yarana bilir.Bu daşlar qapalı üsulla çıxarıla bilər.Bu üsullar daşın ölçüsü və sayına görə qərar verilir.

Qapalı üsulla  sidik kisəsi daşı parçalanması əməliyyatı endoskopik lazer vasitəsilə həyata keçirilir.

Əməliyyatdan sonra edilməsi vacib olanlar.

Cərrahi əməliyyatdan sonra təkrar daş əmələ gəlməsinin qarşısını almaq üçün gündəlik 2-2.5 l su içmək,qidalanmanı qaydaya salmaq,hərəkətsiz yaşam tərziniz varsa,idmanla məşğul olmaq,daş əmələ gətirə biləcək qidalardan uzaq durmaq,duz qəbulunu azaltmaq kimi göstərişlərə əməl etmək lazımdır.