Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30

Email:

PEYRONİYE - Penis əyriliyi cinsi həyatınıza son verə bilər!

 24.01.2018 - 14:03    729
  • 24 Yan 2018
  • 14:03
  •  729

PEYRONİYE - Penis əyriliyi cinsi həyatınıza son verə bilər!

Peyroni (penil curvature) müalicə edilmədiyi halda daha çox cinsi problemlərə yol açır. Peyroni xəstəliyi, penisin ağrı və deformasiyasına gətirib çıxaran bir xəstəlikdir, bu da elastikliyin itirilməsi və penisin formasında dəyişikliyin yaranmasına səbəb olur.

Xəstəliyin başlanğıcında penisdə sərtləşmə zamanı ağrı və əyrilik hiss oluna bilir .Ağrı səbəbindən cinsi əlaqənin yarımçıq sonlandırılması və ya ereksiya pozğunluğu yaranır.Xəstə müayinə olunmadığı təqdirdə ağrı olmasa belə,penisdə əyrilik gözlə görüləcək dərəcədə artar,əyrilik çoxaldıqda (əyrilik 30 dərəcədən çox olduğunda) cinsi əlaqə mümkün olmaya bilər.

Zaman keçdikcə əyriliyin artmasıyla birlikdə ereksiya pozğunluğu baş verir. Bu problem kişilərdə dərin stressə səbəb olur.

Penisdə sərtləşmə sırasında ağrı və ya əyrilik baş verdiyi halda uroloq-androloqa müraciət etmək şərtdir.

Xəstəliyin ilkin və xroniki mərhələsi vardır.Penisin (kişi cinsiyyət orqanının) anadangəlmə əyrilikləri.Anadangəlmə penis əyriliklərinin müalicəsi mümkündür. Əslində bu penisin estetik əməliyyatı kimi də qiymətləndirilə bilər. Nəticələr tam müvəffəqiyyətlidir. İlkin mərhələli xəstəlik zamanı dərman vasitəsilə müalicə olunur.Ancaq bu dərmanların təsir etmə qabiliyyəti  çox az olduğundan sonda nəticə yaxşı olmaya bilər.

Penisin sonradan yaranan əyrilikləri. 1.Penisin ereksiya (sərt, bərk) halında cinsi əlaqə zamanı müftəlif pozisiyalarda çətinliklə cinsi əlaqəyə cəhd və ya əlaqə zamanı qatlanaraq qırılması nəticəsində meydana gəlir.  2.Peyronie xəstəliyidir. Sonradan yaranan penis əyriliklərin ən çox görülən formasıdır. Penisdə ereksiyanı (sərtləşəməni) təmin edən strukturları əhatə edən toxumalarda kollagen deyilən bir maddənin yaranması nəticəsində bu toxumalarda val tərzində sərt sahələr yaranması ilə xarakterizə olunan bir xəstəlikdir. 

 Peyronie-s-penis-diagram-1122797

 

Əyrilik 30 dərəcədən artıqdırsa.

Cinsi əlaqəyə çətinlik yaradacaq qədər əyrilik varsa,əyriliyin dərəcəsinə görə əməliyyat qərarı verilir.Cərrahi əməliyyatın növü penisin əyrilik dərəcəsindən və quruluşundan asılı olaraq dəyişir.

Kişilərin cinsi problemini gizlədərək müalicə olunmamaq istəkləri bütün dünyada olduğu kimi ölkəmizdə də kifayət dərəcədə çoxdur.Bunun ən önəmli səbəblərindən biri də utanmaq hissidir.

Müalicə edilmədiyi halda peyroniye səbəbiylə penisin quruluşu pozulur.Penisin forması pozulduğu üçün ereksiya pozula və ya ereksiya halında belə əyrilik səbəbiylə cinsi əlaqə alınmaya bilər.Penisin ölçüsündə də qısalma olduğu üçün kişidə ozünə əminlik hissi itər və depresiyaya gətirib çıxarar.

Kişilər yuxarıda göstərilən dəyişiklik və ya şikayətləri özlərində hiss edirlərsə,vaxt itirmədən uroloq-androloqa müraciət etməkləri lazımdır.