Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30; (+994 55) 244-44-30

Email:

Erkən boşalmanın qadınlar və cütlüklər arasında yaratdığı problemlər.

 05.02.2018 - 15:21    711
  • 05 Fev 2018
  • 15:21
  •  711

 

 

Erkən boşalmanın qadınlar üzərindəki təsiri.

Cinsi sağlamlıq və cinsi məmnuniyyət fərdin xoşbəxtliyi,həyat keyfiyyəti və eyni zamanda partnyoru ilə doğru münasibətin qurulumasında mühim rol oynayır.Dünya Səhiyyə Təşkilatı (WHO)  “ cinsi məmnuniyyətin,güvənli və zövqlü cinsi əlaqənin” insan varlığının əsas elementi olduğunu söyləyir.

Araşdırmalar göstərir ki,əksər qadınların cinsi əlaqə zamanı ehtiras hissi yaransa da,tam məmnun olmadıqları görünür.Və davamlı məmnunluq hissinin olmaması zamanla orqazm olmaqda uğursuzluğa və cinsi istəyin azalmasına səbəb olur.Qeyri-məmnunluq hissi partnyorunuzda boşalma problemi,əksər hallarda erkən boşalma kimi cinsi pozğunluqlar olduğu zaman ortaya çıxır.

Partnyorunda erkən boşalma halı olan qadın daha böyük cinsi problemlər yaşayır.Cinsi aktivliyin məcmusu olan istək,cinsi xəbərdarlıq və orqazm ciddi baxımdan aşağı düşər və qadında  qeyri-məmnunluq hissi və buna bağlı olaraq cütlüklər arasında problem yaşana bilər.

Erkən boşalmanın cütlüklər arasındakı təsiri nədir?

Həm kişidə olan erkən boşalma,həm qadında cinsi məmnunluğun olmaması cütlüklər arasında cinsi mövzuyla bağlı problemlərin yaranmasına səbəb olur.Lazımı olan çıxış yolu isə cütlüklərin hiss etdikləri problemlə bağlı bir-biriləri ilə açıq şəkildə danışmaqları və həlli yolunu tapmalarıdır.Qarşılıqlı şəkildə anlayışla dialoq qurulduqdan sonra problemi həll etmək daha rahat olacaqdır.

Kişilərin erkən boşalma şikayətləri olduğu zaman həkim məsləhəti olmadan həlli yolunu tapmaq istəyi,qadınların isə cinsi məmnunluq olmasa belə partnyorla cinsi əlaqəni istəksiz olaraq davam etdirməkləri prolemlərin başlanğıcı olduğundan zamanında həkimə müraciət etməkləri və qarşılıqlı anlayışla bir-birilərinə qarşı səbrli olmaları tövsiyyə olunur.