Close

(+994 50) 555-20-30

(+994 12) 555-44-30

info%drseymur#az

Hidrosele əməliyyatı və sağalma müddəti

  • 15 dekabr
    2018
  • 12:22
  • 330
  • 0
    0
15.12.2018 - 12:22
330
0

Hidrosele kişilərdə xayanı əhatə edən qatların arasına normadan artıq mayenin yığılmasıdır.

Hidrosele necə yaranır?

Testis xaya torbasının içində yerləşir və minimum miqdarda maye ilə əhatə olunur. Normal şəraitdə bu maye istehsal olunur və davamlı şəkildə əmilir və beləliklə də, xayadakı maye sabit miqdarda qalır.Lakin bəzi zamanlarda maye testis torbasının genişlənməsinə səbəb olaraq artır. Xaya ətrafında yığılan maye hidrosel adlandırılır və əksər hallarda bir xayada görünür.Hidroselə uşaqlarda, yeniyetmələrdə daha çox rastlanılır. Ancaq yetkin kişilərdə də rast gəlinə bilinir.

Hidroselenin əlamətləri nələrdir?

Hidrosele əksər zamanlarda heç bir əlamət göstrəməyə bilər. Testislərdə şişkinlik, ağrı və müəyyən müddətdən sonra qızarıqlıq hiss edilir. Böyümüş hidrosele ölçüsünə bağlı olaraq gəzdiyiniz zaman və ya cinsi əlaqə zamanı da narahatlıq verə bilir.

Hidrosele zaman keçdikcə böyüyə bilir.

Hidroselenin yaranmasına səbəb nədir?

  • Bəzən səbəbi məlum olmur
  •  Testislərdə iltihabdan,infeksiyadan,testislərinizin zərbə görməsindən xayadakı mayenin artması və hidroselenin yaranması

Hidrosele öz-özlüyünə keçə bilərmi?

Uşaqlarda zaman keçdikcə hidrosele itə bilir.Əgər hidrosele yarandığı zaman müddətindən 1 il ərzində keçmirsə,əməliyyatla müdaxilə mütləqdir.

Yetkinlərdə isə 6 ay ərzində nəzarət olunmalıdır.Əgər bu müddətdə hidrosele itmirsə və ya ağrı şiddətlənibsə,əməliyyatla götürülməsi lazımdır.

Hidrosele əməliyyatı

Hidroseliniz varsa və bu sizə ağrı,narahatlıq verirsə həkiminizin məsləhətilə əməliyyat olunmağınız lazımdır.Əməliyyat zamanı testis torbasında kiçik kəsik açılaraq içərisində olan artıq maye boşaldılır.

Əməliyyat müddəti kiçik olduğundan,xəstə həmən gün ambulator müalicəylə evə yazılır.

Hidroselenin əməliyyatdan sonra təkrar yaranma ehtimalı çox azdır.

XƏBƏRLƏR - TİBBİ UĞURLAR