Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30; (+994 55) 244-44-30

Email:

PSA nədir?

 07.02.2018 - 13:46    660
  • 07 Fev 2018
  • 13:46
  •  660

PSA (prostat spesifik antigen)  yalnız prostat vəzidə hazırlanır, qandakı normal miqdarı yaşa görə dəyişir.

Prostat sidik kisəsnin altında yerləşən və sidiyin ifraz olunmasında köməkçi olan vasitədir və yalnız kişilərdə olan orqandır.PSA prostatın epitel hüceyrələrində hazırlanan,seminal maye içərisində yüksək miqdarda olan protein sturukturunda bir fermentdir.Spermada yüksək miqdarda olan PSA ,qatı  halda olan spermi mayeləşdirərək sperm hüceyrələrinin maye içərisində hərəkət etməyini təmin edir.

PSA sadəcə prostatla bağlı xəstəliklərdə yüksəliş göstərə bilər.

Xoşxassəli prostat -prostatın böyüməsi,prostat iltihabı,prostat xərçəngi,prostat biopsiyası,sperma boşalması,barmaqla rektal müayinə,sidik yolları infeksiyaları və sidik-ifrazat sistemində olan əməliyyatlardan sonra yarana bilər.

PSA müayinəsi  nəcə aparılır?

PSA analizi ac və ya toxqarına verilməsi məcburi olmayan,venadan götürülən qan analizidir.Sağlam kişinin qanında PSA çox aşağı miqdarda göstərilir.Normalda qanda az miqdarda görülən PSA,prostatla bağlı olan dəyişiklik səbəbiylə qana daha çox qarışır və normadan yüksək nəticə göstərə bilir.

PSA nəticəsinin yüksək çıxması prostat xərçəngi şübhəsi daşısa da dəqiq diaqnoz üçün kifayət deyil.Qanda PSA nəticəsi yüksək olan pasientlərə prostat biopsiya edilir.

Kimlər PSA testi etdirməlidir?

Prostat xərçəngi hər hansı bir əlamət göstərmədən illər içərisində inkişaf edir.Daha çox sidik ifrazatı zamanı qan gəlməsi,sümük və oynaq ağrıları kimi şikayətlərlə özünü göstərər.

Ümumi olaraq,50 yaşdan yuxarı bütün kişilərin ildə ən az 1 dəfə PSA testini etdirməkləri tövsiyyə olunur.Xüsusilə,genetik olaraq ailədə prostat xərçəngi olan xəstələr varsa,40 yaşdan sonra PSA müayinəsindən keçməkləri məsləhətdir.

PSA nəticələri yaşla bağlı olaraq təbii yüksəliş göstərə bilir,ancaq yüksəliş 2 ng/ml ya da daha yüksəkdirsə,prostat xərçəngi riski ola bilər.

PSA testi etibarlıdırmı?

Prostat xərçəngi riskində erkən diaqnoz qoymaq üçün əsas müayinələrdən sayılan PSA  analizi ilə bağlı tərəddütün əsas səbəbi hər prostat xərçəngi xəstələrində yüksək göstərici göstərməməsi və yüksək nəticə olduğu zaman mütləq prostat xərçəngi xəstəliyinin olmamasıdır.

PSA analizinin 2 növü vardır.Sərbəst PSA və Ümumi PSA. Həkim müayinəsindən sonra xəstədə hansı növün analizinə ehtiyac olduğu göstərilir.

Yuxarıda yazılan fikirlər sizə məlumat məqsədilə hazırlandığı üçün,sizin şikayətinizə uyğun diaqnoz qoymaz.Daha dəqiq diaqnoz və doğru məsləhət üçün mütləq həkim müayinəsindən keçməyiniz və həkiminizin dediklərinə uyğun müalicə yolunu seçməyinizdir.