Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30

Email:

Qapalı (laparoskopik) qasıq yırtığı əməliyyatı

 28.03.2018 - 14:35    1274
  • 28 Mart 2018
  • 14:35
  •  1274

Qasıq yırtığı xəstəliyinin qapalı yolla cərrahi əməliyyatının üstünlükləri ondan ibarətdir ki,kəsik aparılan nahiyə qısa ölçüdə,yara sahəsi isə daha kiçikdir.İnfeksiya yaranma riski,əməliyyatdan sonra baş verən ağrılar və yaş ötdükcə yarana biləcək dəri həssaslığını azaltmaqdır.

Estetik olaraq da əməliyyatdan sonra yara izlərinin aydın şəkildə görünməməsi və zaman ötdükcə itməsi də qapalı əməliyyatın müsbət tərəflərindəndir.

Eyni kəsikdən hər iki tərəfdəki qasıq yırtığını əməliyyat etmək mümükündür.Bu səbəbdən də ikitərəfli qasıq yırtığı diaqnozu olan xəstələr üçün idealdır.

İşgüzar və ya daimi hərəkətdə olan insanlar üçün qapalı qasıq əməliyyatının avantaj olduğunu nəzərə almaq lazımdır.

İlk qasıq yırtığı əməliyyatı açıq olaraq edilibsə,ikincili qasıq əməliyyatında həmin sahənin anatomiyası pozulduğu üçün açıq əməliyyat müəyyən texniki çətinliklər yarada bilir.Bunun üçün də ikincili qasıq yırtığı əməliyyatında qapalı cərrahi növünü seçmək faydalıdır.

İdmançıların yırtıq əməliyyatından sonra gözləntisi normal olaraq tez müddətdə idmana qayıtmaqlarıdır.Qapalı əməliyyatdan sonra normal işə qayıtma müddəti daha azdır.

Qasıq yırtığı əməliyyatı zamanı yırtığın arxa divarına prolen tor (tibbi setka) bərkidilir.Həmin torların  müxtəlif növləri olur və bu əməliyyat edəcək həkim tərəfindən öncədən xəstəyə bildirilməklə seçilir.Xəstə üçün sonradan heç bir narahatçılıq və problem yaratmayan tibbi torlar (setka) tək istifadəlik olmalıdır.