Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30

Email:

Duz qəbulu necə olmalıdır?

 09.04.2018 - 16:13    395
  • 09 Apr 2018
  • 16:13
  •  395

Onsuz heç bir yemək təsəvvür edilə bilməz, süfrədə hər bir ərzaqdan əvvəl o qoyulur,əksəriyyət üçün yeməyin dadlı olub-olmadığı onla ölçülür.

Söhbət duzdan gedir.Bəs yeməyinizə  əlavə etdiyiniz ləzzəti,yəni duzun sizə necə təhlükə yaradacağını düşünürsünüzmü?

Bədənimizdə natrium və xlor elementlərinin bir hissəsinə müəyyən dərəcədə ehtiyacımız var. Lakin, bir çox tədqiqat göstərir ki, həddindən artıq duz qəbulu ən azı siqaret kimi zərərlidir.

İnsan orqanizminin günlük duz qəbulu miqdarı 6 qramdır.Ancaq biz gündəlik qida rasionumuzda 12-18 qram duz qəbul edirik.Artıq bəzi ölkələrin qida istehsalı ilə məşğul olan sənayelərinə verilən göstərişlə əlaqədar istehsalda istifadə olunan duz miqdarı azaldılmışdır.

Natrium insan orqanizminin ehtiyacı olan maddə olsa da,normadan artıq qəbul edildikdə müxtəlif sağlamlıq problemlərinə gətirib çıxara bilir.Araşdırmalar nəticəsində məlum olub ki,gündəlik duz qəbulunu 1 gram azaltdıqda,orqanizm üçün riskli olan bir neçə xəstəliklərin yaranma ehtimalını aşağı salırıq.

Bundan başqa sadəcə,yeməklərdə istifadə olunan duz miqdarını deyil,qəbul etdiyimiz bəzi qidaların özündə də duzun olduğunu nəzərə almalıyıq.Konservləşdirilmiş qidalar,müxtəlif növ souslar,ət məhsullarında normadan artıq duzun olması mədə xəstəliklərin yaranması üçün vasitədir.Böyrəklər xəstəlikləri ,mədə-bağırsaq sistemi və oynaq xəstəliklərinin başlıca səbəblərindən biri də duzdur.

Gündəlik qəbul norması 6 gram olaraq müəyyən edilən duzu aldığınız zaman diqqət edilməsi lazım olan səbəblər də var.Bunlardan ən başlıcası yoddur.Duz aldığınız zaman onun yodlu olduğuna əmin olun.

Yodlu duzdan əlavə qida rasionunuzda meyvə və tərəvəzlərin,yumurta və süd və dəniz məhsullarının çox olmasına diqqət edin.