Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30; (+994 55) 244-44-30

Email:

Sağlam böyrəyə necə sahib olmaq olar?

 01.05.2018 - 15:52    347
  • 01 May 2018
  • 15:52
  •  347

Böyrəklərinizin sağlamlığı üçün etməsi vacib olan vəzifələriniz var.

Böyrəklərimiz hər gün bizim sağlamlığımız üçün bir çox həyati vəzifəni icra edirlər. Bədəndəki tullantıları və artıq mayeləri təmizləmək üçün bir filtr kimi çıxış edirlər.Bundan əlavə qan təzyiqimizi kontrol etmək kimi çox önəmli funksiyaları da var,sistemləşmiş mexanizm kimi qan təzyiqimizi normada saxlayıb ehtiyacdan asılı olaraq artırıb azalda bilirlər.Böyrəklərin məsuliyyətləri bunlarla bitmir .Sümük iliyində qırmızı qan hüceyrələrini düzəldir, sümük sağlamlığını dəstəkləmək üçün D vitaminini aktivləşdirir və s.

Təəssüf ki, bir çox həyati funksiyaları olan böyrəklər, müxtəlif amillərə görə zədələnə və fəaliyyət göstərə bilməyə bilər. Böyrəklərimizə zərər verə bilən və hətta böyrək çatışmazlığına gətirib çıxara biləcək vacib amillərdən biri də bizim 'pis vərdişlərimiz'dir.Bəs hansı pis vərdişlərimiz böyrəklərimizə zərər verə bilər?

Duz qəbulunu normaya salmaq.

Tuz bədən üçün vacibdir, lakin həddindən artıq qəbulu qan təzyiqini artırır və böyrəklərdə artıq yük yaradır.Bundan başqa,bədənimizə normadan artıq duz yüklənəndə böyrəklərin həmin duzu bədəndən atmaq üçün çalışma funksiyalarını artırdığını da bilmək  lazımdır.Bu səbəbdən də gündəlik duz qəbulu miqdarı 5 gram olmalıdır ki,bu da təxmini 1 çay qaşığına bərabərdir.Dəniz,qaya və ya başqa duz növlərində asılı olmayarq duz qəbulunu normaya salmaq çox önəmlidir.İşlənmiş qidaların  ( konserva,dondurulmuş qidalar və s. ) qəbulunu məhdudlaşdırmaq lazım olduğunu da bilməliyik,çünki tərkibində normadan artıq duzlar mövcuddur.

Kifayət qədər su içməmək.

Böyrəklərimizin öz funksiyasını yerinə yetirməsi üçün gün ərzində yetərincə su qəbul etməliyik.Su sidik,tər və nəcis vasitəsilə bədəndə olan toksinlərin aradan qaldırılmasını təmin edir,bədən temperaturu və qan sıxlığına nəzarət edir.Yetərincə maye qəbul etmədiyimiz zaman toksinlər qanda yığılır.Bunun nəticəsində böyrək çatışmazlığı və ya daş əmələ gələ bilər.Ən sadə üsul gündəlik həyatımızda  yay aylarında 2-2.5 l,qışda isə 1.5 l su içməkdir.Susuzluq hissindən başqa əgər sidik rəngimizdə də dəyişiklik,miqdarında azalma hiss ediriksə,içdiyimiz suyun miqdarını artrmaqda fayda var.

Böyrəklərimizi qorumaq üçün üzərimizə hansı işlər düşür,biz sağlam böyrəklərlə necə yaşaya bilərik kimi suallara cavab tapmaq üçün saytımızı izləyin,məqalənin davamı olacaq...