Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30

Email:

Sağlam böyrəyə necə sahib olmaq olar?

 08.05.2018 - 16:24    603
  • 08 May 2018
  • 16:24
  •  603

Böyrəklərinizin sağlamlığı üçün etməsi vacib olan vəzifələriniz var.

Böyrəklərimiz hər gün bizim sağlamlığımız üçün bir çox həyati vəzifəni icra edirlər. Bədəndəki tullantıları və artıq mayeləri təmizləmək üçün bir filtr kimi çıxış edirlər.Bundan əlavə qan təzyiqimizi kontrol etmək kimi çox önəmli funksiyaları da var,sistemləşmiş mexanizm kimi qan təzyiqimizi normada saxlayıb ehtiyacdan asılı olaraq artırıb azalda bilirlər.Böyrəklərin məsuliyyətləri bunlarla bitmir .Sümük iliyində qırmızı qan hüceyrələrini düzəldir, sümük sağlamlığını dəstəkləmək üçün D vitaminini aktivləşdirir və s.

Təəssüf ki, bir çox həyati funksiyaları olan böyrəklər, müxtəlif amillərə görə zədələnə və fəaliyyət göstərə bilməyə bilər. Böyrəklərimizə zərər verə bilən və hətta böyrək çatışmazlığına gətirib çıxara biləcək vacib amillərdən biri də bizim 'pis vərdişlərimiz'dir.Bəs hansı pis vərdişlərimiz böyrəklərimizə zərər verə bilər?

Normadan artıq kofein qəbulu.

Kofein qan təzyiqini artırır,böyrəkdə oksalat daşlarının yaranmasına səbəb olur.Gündəlik həyatımızda tez-tez qəhvə içməklə kofein qəbul etmiş oluruq.Gündəlik norma 200-300 mg,yəni 2 böyük fincana bərabərdir.Bu səbəbdən də gündəlik qəbul etdiyiniz içkilərin tərkibini öyrənməyə,kofein tərkibli olmayanları istifadə etməyə çalışın.

Dərmanlardan qeyri-düzgün istifadə.

Dərmanlar  sağlamlığımızı qorumağa,xəstəliklərimizi sonlandırmağa kömək olsalar da,normadan artıq və düzgün qəbul edilməyən dərmanlar bizə zərər verə bilər.Məsəl üçün,müntəzəm olaraq ağrıkəsici qəbul etməyimiz orqanlarımıza ,xüsusilə də böyrəklərimizə zərər verə bilir.Aptekərdə reseptsiz satılan dərmanların artıq qəbulu və ya böyrək, təzyiq,dializ xəstəlikləri üçün yazılan dərmanların dozadan artıq istifadə edilməsiylə,dərmanın heç istifadə olunmamasında bir fərq yoxdur.

Uzun müddət  sidiyi saxlamaq.

Sidiyi uzun müddət saxlamaq da böyrəklərimizə zərər verən vərdişlərdəndir.Sidik kisəsində sidiyi saxlamaq sidik yollarında infeksiya və ya sidik kisəsinin genişlənməsi kimi xəstəliklərə səbəb ola bilər.Bunun sonunda da böyrək daşları hətta böyrək çatışmazlığı kimi problemlərin yaranmasına gətirib çıxarır.Bu səbəbdən də sidiyə çıxma hissiniz varsa,bunu ertələməməyiniz lazımdır.

Siqaret.

Siqaret bütün orqanlara zərər verən ölümcül vərdişlərdəndir.Araşdırmalar göstəriri ki,siqaret və böyrək xəstəlikləri arasında əlaqə var.Siqaret qan təzyiqini,ürək ritmini yavaşladır.Bundan əlavə,böyrək xəstəliklərinə təsir edir,funksiyasını yavaşladır.