Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30

Email:

5 ən uğurlu idmançının gündəlik vərdişləri.

 24.08.2018 - 10:44    350
  • 24 Avq 2018
  • 10:44
  •  350

İdmançılar , Olimpiya çempionları  müəyyən bir qaydada həyatlarını yaşayırlar. Bu qaydalara  qidalanma, məşq vərdişləri , keyfiyyətli yuxu taktikası və başqa bir çox davranışlar aiddir.

1.Novak Cokoviç - Dünyanın ən yaxşı tennis oyunçularından biri olan Serbiyalı idmançı qidalanmasına diqqət edənlərdəndir. Hər səhər otaq temperaturunda bir stəkan su,iki yemək qaşığı bal, mussli və ya yulaf, yerfıstığı, kakos yağı, qoz-fındıq, meyvə və badam südü  əlave  edib qəbul edir.

2. Michael Phelps -Olimpiadada çoxsaylı rekordları və medalları ilə dünyanın ən məşhur və görkəmli üzgüçüsü olan Michael Phelpsin gündəlik rutini keyfiyyətli yuxudur.

Phelps hər gecə yatmaq üçün yüksək oksigen səviyyəsinə malik xüsusi yuxu kabinindən istifadə edir.

3. Usain Bolt- dünya rekordu sahibi idmançı , Michael Phelps kimi  yuxu rejiminə riayət edir. Onun üçün vacib olan bir çox amillər olsa da (qidalanma, təlim –məşq və s.) , diqqəti ilk növbədə yuxuya verir. Yuxunun onun üçün böyük önəmi olduğunu bildirən idmançı,uğurunun bir hissəsini də ona bağlayır.

4. Simone Biles-məşhur ABŞ gimnastı Simone Bilesin rutini bir az fərqlidir. Əyləncəli bir şəxsiyyətə sahib olan Biles, həmişə ciddi olmadığını iddia edir və hər gün əylənmək vacibdir deyir.

5. Kassidy Cook-  ABŞ-ın milli  üzgüçüsü üçün bədənini gümrah tutması çox vacibdir. Yarışlardan  bir gün əvvəl, buzlu vanna qəbul edir.Buz hissələriylə dolu vannaya girən idmançı gümrahlığını buna borclu olduğunu söyləyir.

Siz də gümrah olmaq isdəyirsinizsə və soyuğa dözümünüz varsa,bu üsuldan istifadə edə bilərsiniz.