Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30

Email:

Böyrəkləri məhv edən vərdişlər.

 29.08.2018 - 11:29    389
  • 29 Avq 2018
  • 11:29
  •  389

Lobyaya bənzəyən böyrəklərimiz qanı süzgəc kimi artıq maddalərdən təmizləyir. Orqanizmin maye elektrolit balansını, qan təzyiqini tənzimləyir, lazımı hormonları istehsal edir.Bu qədər vacib olan bir orqanın zərər görməsi sağlamlığımıza mənfi təsir gösdərə bilər.

Həyatımızda vərdiş halını alan hansı səhf seçimlərimiz böyrəklərimizi məhv edə bilər.Buyurun siyahımız...

Həddən artıq protein qəbulu

Həddən artıq protein qəbulu bədəndə artıq ammonyakın yaranmasına səbəb olur. Böyrək onu neytrallaşdırmaq üçün çox çalışır, buna görə yavaş-yavaş gücdən düşür.

Duz

Duz böyrək çatışmazlığının ən böyük səbəbkarlarındandır. Çox duz bədənin elektrolitlərini və qan təzyiqinin yüksəlməsi üçün böyrəklərə çox təzyiq edir.

Dehidrasiya (bədəndən artıq su itkisi)

Dehidrasiya bədəndə susuzluq yaradar və bədəni quru tutmaq üçün böyrək funksiyalarını azaldar.Normalda böyrəyin düzgün şəkildə funksiyalarını işlətməsi üçün suya ehtiyacı vardır.Bunun üçün gündəlik 10 stəkan su içməlisiniz.Norma daxilində su qəbul etdiyinizi bilmək üçün isə sidik rənginizə baxmalısınız.Sağlam sidik rəngi sarı rəngdədir.Sidiyin rəngində fərqliliklər varsa,bu sizin üçün bəzi xəstəliklərin xəbərdarı ola bilər.

Siqaret

Qan damarlarının sıxılmasına və sərtləşməsinə səbəb olan tütün bütün orqanlar kimi böyrəklərə də zərər verməyə qadirdir.

Alkoqol

Spirtli içkinin qəbulu qanda urik turşusunun səviyyəsini artırır.Böyrəklərdə damarların tıxanmasına və daş probleminə səbəb ola bilir.

0x0-bu-aliskanliklar-bobrekleri-tuketiyor-1519029224854

 

Dərmanlar

Dərmanlardan düzgün istifadə olunmadığı halda böyrəklərimizə böyük zərər verə bilir.Digər tərəfdən, bəzi dərmanlar, xüsusilə də qan təzyiqi və diabet üçün təyin edilənlər v ağrıkəsicilər doğru dozada və düzgün şəkildə alınmalıdır. Buna riayət edilməməsi böyrək çatışmazlığına səbəb ola bilər.

B6 vitamin çatışmazlığı

Amerikada bir araşdırma nəticəsində məlum olub ki,B6 vitamini çatışmazlığı böyrək daşı yaranması riskini artırır.B6 vitamini balıq,noxud,fıstıq,günəbaxan toxumlarında,fıstıq və nişastalı qidalarda olur.