Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30

Email:

Övladınızın həkimdən qorxmasına yol verməyin

 12.09.2018 - 14:44    202
  • 12 Sen 2018
  • 14:44
  •  202

 

Həkimə getməmişdən öncə uşağınızla məşq etməyə çalışın

Bir çox uşaq “həkimə gedirik” sözünü eşitdikləri zaman həyəcan keçirməyə başlayırlar.Valideynlərin narahatlığı və həyəcanları,böyüklər tərəfindən xəstəliklər,xəstəxana və həkimlər haqqında xoş olmayan sözlərin deyilməsi uşaqların yaddaşında xoşagəlməyən hadisə olaraq qalır.

Həkimə getməyin qorxulu bir vəziyyətə çevrilməməsi üçün ilk növbədə öz həyəcanınızı azaltmalısınız,uşaqlara qarşı dürüst olmağınız və yaxşı mənada öncədən həkimə hazırlamağınız  lazımdır.

Həkimə uşağı necə hazırlamaq lazımdır?

Uşağınızla həkimə gedərkən alış-verişə gedən kimi təbii davranmağa çalışın.Həkimin ona kömək edəcəyini,onu müayinə edəcəyini,çəkisini,boyunu ölçəcəyini əvvəlcədən deyin.Ən yaxşısı isə həkimin onu müayinə üçün edəcəyi hərəkətləri evdə oyun oynayarkən uşağınızla məşq etməyə çalışın.

Həkimə gedərkən...

Uşaqlarınızla həkimə gedərkən onlara əvvəlcədən abartılı təsəllilər  verməməyə çalışın.Bu uşağınızda daha çox qorxu yarada bilər.Ondansa müayinədən sonra uşağınızla danışmağa ,qorxulu bir şey olmadığını ona aydınlaşdırmağa çalışın.

Əgər uşağınız həkimə özüylə bağlı məlumat  verə biləcək yaşdadırsa,özüylə bağlı həkimin suallarına cavablandırmağına icazə verin.Və beləliklə,uşağınızla həkim arasında bir dialoq yaranacaq ki,bu da uşağınızın həkimə qarşı güvənini artırıb qorxusunu azalda biləcək. Uşağınıza ağıllı davranacağı təqdirdə onu mükafatlandıracağınızı deməyin.

Uşağınızda həkim qorxusu olmamağı üçün nə etmək lazımdır?

Uşağınızın ən sevdiyi oyuncağını xəstəxanaya özüylə aparmasına və müayinə zamanı yanında olmasına icazə verin.Müayinə zamanı kimin yanında olmağını isdəyirsə və harda əyləşmək,müayinə olunmaq isdəyirsə,rahat olmağı üçün istəkləriylə razılaşın.

Həkim əgər uşağınıza müayinədən sonra kiçik hədiyyə verəcəksə qəbul etməsinə izn verin.Ancaq siz həkim müayinəsindən sonra onu nəyləsə mükafatlandırmayın.