Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30

Email:

Xaya kistası simptomları, təhlükələri və müalicəsi

 08.10.2018 - 15:32    561
  • 08 Okt 2018
  • 15:32
  •  561

  Xaya kistaları ümumiyyətlə ağrısız kistalardır və bu kişilərdə ölü spermatozoidlərin yığılmasından  meydana gəldiyi  düşünülən, kapsul içində sarımtıl rəngdə maye halında olan,ağrı verməyən kistlərdir.

Testisdə yaranan kistin kişi xayalarına sperma gətirən epididimin üstündə çıxan ölü sperma və ya epididimal maneə ilə bağlı olduğu söylənilir. Əksəriyyəti xoşxassəli şişlər olsa da,nadir hallarda bədxassəli olduğu görülə və ya xayanın kiçilməsinə səbəb ola bilir.

Testis kistaları ümumiyyətlə xoşxassəlidir və bədxassəli olma ehtimalı 1-2 %-dir.Kistalar ağrı,sağ və ya sol xayada narahatçılıq,ağırlıq hissi,xayanın üzərində və ya arxasında şişkinlik hissi yaradır.

Xəstənin cinsi həyatına təsir etməsə də,zamanla xayanın kiçilməsi prosesi baş verir.

Kistalar nə dərəcədə  təhlükəlidir?

Xaya kistası diaqnozu ilə xəstəxanaya gələn  xəstələrin 85-90% -i heç bir problem yaşamamışdır və müalicə olunmadan kistlər kiçilməyə başlayır. Ancaq bəzi xəstələrdə kistin diametri genişlənib böyüyə və əməliyyata ehtiyac ola bilir.

Kistaların müalicəsi

Kistalar müalicə olunmadan keçib gedən bir simptomdur.Dərmanla müalicə aparılmadığından zamanla öz-özünə kiçilərək yox olması gözlənilir.Xəstəyə davamlı müayinə olunmağı,USM aparatından keçməyi məsləhət görülür.Nəzarətdə olduğu müddətdə kistada böyümə görülürsə,əməliyyat olunmaq əsas götürülür.

Xaya kistası əməliyyatı

Xaya kistasının əməliyyatı ümumi anesteziya altında həyata keçirilir.Əməliyyat müddəti qısa və rahatdır.Əməliyyat zamanı götürülən kist mütləq biopsiyaya göndərilməlidir.