Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30

Email:

Testis torsiyonu nədir?

 01.12.2018 - 11:53    92
  • 01 Dek 2018
  • 11:53
  •  92

Testisin öz ətrafında burulması (torsiyon) zamanı damarların testisin qan dövranını təmin edə bilməməsidir.

Xəstəliyin diaqnozu necə qoyulur?

Diaqnoz  müayinə və doppler ultrasonoqrafiya ilə aparılır. Gecikmiş hallarda diaqnoz qoyulmasında çətinlik ola bilər və testis sinteqrafiyası tələb oluna bilər.

Uşaqlarda  hansı yaşda baş verə bilər?

Ən çox yeniyetməlik  və ya  yenidoğulan uşaqlarda görülə bilər. Xüsusilə,uşaqlarda enməmiş xaya (kriptorxizm) diaqnozu qoyulubsa,testis burulması  riski daha yüksəkdir.  

Testis torsionunu  hansı xəstəliklər  ilə  qarışdırmaq olmaz?

Aşağıdakı xəstəliklərlə qarışdırıla bilər:

Orxit (testis infeksiyası)

Epididimit (epididim adlanan testislərə ən yaxın sperma kanalının infeksiyası),

Apendikulyar testis torsionu

Əlavə epididim torsion

Bu dörd xəstəlik üçün heç bir cərrahi müdaxilə tələb olunmur, antibiotik müalicəsi və iltihab əleyhinə müalicə kifayətdir. Testikulyar burulma isə yalnız təcili cərrahiyyə müdaxiləsi ilə müalicə olunur. Diaqnozun dəqiq qoyulması vacibdir.

Valideynlər üçün tövsiyələr …

Uşağınızın bezini dəyişdirərkən hər zaman müşahidə etməyə çalışın, şişlik və ya qızarıqlığın olub olmadığına baxın.Əgər belə bir narahatçılıq varsa,mütləq həkimə müraciət edin.

Testis torsion müalicə edilməsə nə kimi risklər baş verə bilər?

İlk 8 saatda diaqnoz qoyulmadıqda və cərrahi müalicə edilmədikdə, qan dövr etmədiyi  üçün nekroz (çürük) ortaya çıxar.

Müalicə necə edilir?

Müalicədə təcili əməliyyat tətbiq olunur. Erkən tətbiq və ilk  8 saat ərzində cərrahi müdaxilə nəticəsində testis burulmasını testisin canlılığını itirmədən əvvəlki vəziyyətinə qaytarmaq mümkündür.

Ancaq diaqnoz dəqiq qoyulmadıqda və ya gecikmə olduqda,burulmuş testis itirilmiş hesab edilərək çıxarılacaq.

Bu səbəbdən erkən müdaxilə və təcrübəli həkimin dəqiq diaqnoz qoymağı vacibdir.