Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30

Email:

Cinsi problemləri aradan qaldıran Penis protezi əməliyyatı

 07.01.2019 - 13:44    399
  • 07 Yan 2019
  • 13:44
  •  399

İmpotensiya problemləri olan kişilərdə digər müalicə vasitələri effekt verməzsə,xəstənin istəyilə penisə əməliyyat vasitəsilə tibbi protezlər yerləşdirilir.

Penis protezlərinin bir neçə növləri vardır.Qatlanan və şişirilə bilən.

Penis protezi əməliyyatı digər müalicə növlərinin effekt verilmədiyi halda həyata keçirilən tətbiqdir.

Penis protezi qoyulan xəstələrdə cinsi əlaqə zamanı boşalma olur.Penis protezi normal boşalmada və sidiyə getmədə maneə yaratmır.

Xaricdən görünən heç bir müdaxilə olmadığından penis protezi olan kişilərdə cinsi əlaqə zamanı partnyorunun protezi hiss etməyi və ya anlamağı qeyri-mümkündür.

Penis protezi olan kişilərdə xayalara və sidik kanalına toxunulmadığından,cinsi əlaqə zamanı boşalma baş verdiyindən hamiləlik ola bilər.

Penis protezi əməliyyatı ən tez 20 yaşdan sonra hər yaşda edilə bilinir.

Penis protezi əməliyyatı təxminən 1-1,5 saat müddəti əhatə edir.Əməliyyatdan 1-2 gün sonra xəstə evə yazılır.

Əməliyyatdan sonra xəstənin 1,5 ay  ərzində cinsi əlaqədə olmaması lazımdır.