Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30; (+994 55) 244-44-30

Email:

Böyrək daşlarının Flexibl lazerlə çıxarılması

flexiblDaş qırma (ESWL), Perkutan (PNL) və ya URS (Ureterolitotripsiya) əməliyyatının həyata keçmədiyi böyrəyin alt qismində olan daşlar xəstələrə zaman-zaman ağrı verər və xəstələr bu daşlarla yaşamağa məcbur olarlar.

Müasir tibbi texnologiyanın inkişafı ilə artıq xəstələri narahat edən kiçik problemlər belə ömürlük aradan götürülür. Böyrək daşı xəstəlikləri artıq daha müasir və sadə üsullarla müalicə edilir.

PNL (Perkutan) əməliyyatı zamanı xəstənin böyrəyində olan daşlar kiçik diametrli alət vasitəsilə parçalanaraq götürülür. Bu zaman xəstə 2 gündən sonra evə yazılır. PNL əməliyyatının əsas xüsusiyyəti iri həcimli daşları belə açıq əməliyyat etmədən, bədən toxumalarının normal quruluşuna zərər vermədən xüsusi alətlər sayəsində həyata keçməsidir.

Bundan əlavə, bəzən böyrəklərdən düşmüş daşların sidik axarında ilişib qalması xəstənin kəskin ağrılarına və sidiyə çətin getməyinə səbəb olur. Bu zaman müalicənin effektsiz olduğu vaxtda URS (Ureterolitotripsiya) cərrahi əməliyyatı icra olunur. Sidik kanalından girilərək axarda olan daşlar parçalanaraq sorulur, axarın əvvəlki quruluşunu bərpa etmək üçün stent taxılır. PNL əməliyyatından fərqli olaraq, URS əməliyyatında böyrəkdə deyil, sidik axarında olan daşlar heç bir kəsik aparılmadan çıxarılır.

Son dövrün ən müasir tibbi avadanlığı olan flexible aləti isə böyrək daşlarının lazerlə kəsik aparılmadan çıxarılmasının həyata keçməsini təmin edir. Təbii yollarla (sidik kanalından) girilərək böyrəyin daxilində olan istənilən daşlar tam parçalanaraq xaric olunur. Hərəkətli dönən başlığı sayəsində böyrəyin hansı hissəsində yerləşməsindən asılı olmayaraq,bütün növ daşların böyrəkdən təmizlənməsinə nail olunur.

Dünyaca məşhur Wolf şirkətinin ureteroskopu vasitəsilə əməliyyatlar artıq Bakıda Uroloq-Androloq Oper.Dr.Seymur Mehtiyev tərəfindən həyata keçirilməkdədir.

Pasientlər bu kimi şikayətləri ilə bağlı bizə müraciət edə bilərlər.