Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30

Email:

İnkontinans

0İnkontinans (sidik qaçırması-saxlamamazlığı)sidik kisəsindən sidiyin qeyri-iradi axmasıdır. Hər iki cinsdə və müxtəlif yaşlarda inkontinansın dəyişik tipləri, səbəbləri və müalicə üsulları var.

İnkontinans qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Qadınlarda inkontinans bir neçə qrupa ayrılır:

  1. Stress tipi – öskürmə, asqırma, ağır yük qaldırdıqda, kəskin hərəkətlər zamanı;
  2. Dolma tipi – anidən gələn sidik ifrazı hissindən sonra, tualetə çatmadan öncə;
  3. Mikst inkontinans (qarışıq) tipi – birinci iki vəziyyətin birlikdə olması ilə;
  4. Daşma tipi – sidik kisəsinin tam boşaldıla bilməməsi nəticəsində damcılama tərzində davamlı sidik qaçırması. Xəstələr arasında qarışıq və səbirsiz tip sidik qaçırmaya daha çox rast gəlinir. Yaş artdıqca səbirsiz tip daha çox ön plana çıxır.

Səbəbləri:

1Müvəqqəti sidik qaçırmaya səbəb ola bilən risk faktorları:

  • Sidik yolu infeksiyaları
  • Qəbizlik
  • Sidik kisəsini qıcıqlandıra bilən içkilər (kofe, çay, konservantlar və s.)
  • Hədsiz maye qəbulu
  • Dehidratasiya
  • Dərman qəbulu ( sedativlər, diuretiklər və s. )

Daimi sidik saxlanılmazlığına səbəb ola bilən risk faktorları:

  • Hamiləlik və doğuş
  • Artıq çəki
  • Uşaqlığın cərrahi olaraq götürülməsi
  • İrsi faktor
  • Nevroloji xəstəliklər (parkinsonizm, dağınıq skleroz və s. xəstəliklər)

Diaqnoz

İlkin olaraq:

  1. Ümumi qiymətləndirmə
  2. Həyat keyfiyyəti və müalicə istəyinin dəyərləndirilməsi
  3. Fiziki müayinə
  4. Qarının müayinəsi və nevroloji araşdırma
  5. Anamnez formaları: sidik qaçırma vəziyyəti, tipi, gündəlik həyata nə qədər təsir etdiyi ilə əlaqəli suallar soruşularaq şikayətlər obyektiv olaraq hesablanma aparılır.

Vaginal müayinə və stress testi

2Sidik kisəsi dolu vəziyyətdə olduqda vaginal müayinə ilə sidik kisəsi və uşaqlıq anatomik olaraq dəyərləndirilr. Xəstə gücəndirilərək sidik qaçırma olub-olmadığı yoxlaılır.

 

Sidik günlüyü

1, 3 və ya 7 gün ərzində sidiyə çıxma vaxtları, qaçırma vaxtları və hansı halda olduğu, qaçırma miqdarı, alınan mayenin miqdarı ilə əlaqəli qeydlər aparılır. Bunun üçün müəyyən ölçülü qablardan istifadə olunur.

Laborator araşdırma

Sidiyin ümumi analizi, lazım gəldikdə qan analizi aparılır.

Digər müayinələr

3Sidik ifrazından sonrakı qalıq sidik ultrasonla müayinə olunur, urodinamik, sistoqrafik və sistoskopik müayinələr aparılır.

Müalicə

Müalicə qaçırmanın tipindən, ağırlığından və onu yaradan səbəbdən asılı olaraq fizioterapevtik, etioloji və cərrahi yolla aparılır.

Fizioterapevtik müalicə

  1. Sidik kisəsinin “təlimləndirilməsi” – sidik ifrazı hissi zamanı onun reallaşdırılmasının öyrədilməsi (dərindən nəfəs alıb-vermə, başqa bir hərəkət edib bu hissdən yayınma), ikili sidik ifrazı, sidik ifrazını saxlayıb yenidən davam etmək tövsiyə olunur.
  2. Proqramlı sidik ifrazı – sidik ifrazı hissi olmasını gözləmədən saatlıq ifraz etmə (2-4 saat aralıqlarla).
  3. Maye qəbulu, pəhriz və gündəlik vərdişlərin düzənlənməsi, alkoqol, kofe və digər içkilərdən uzaq olmaq, maye qəbulunu məhdudlaşdırmaq, arıqlamaq (şişman xəstələr üçün), ağır fiziki işlərin azaldılması.
  4. Çanaq əzələlərinin “məşq etdirilməsi”Sidik ifrazının həyata keçirilməsində iştirak edən çanaq əzələlərinin məşq etdirilməsi. Xüsusilə stress tip sidik qaçırmada bu üsuldan geniş istifadə olunur.

Medikamentoz müalicə - Muskarinə həssas reseptorların blokatorlarının effekti 60faiz-ə yaxındır.

Cərrahi müalicə - Digər müalicə üsullarının effekt vermədiyi hallarda cərrahi müalicə (asqı əməliyyatları) daha məqsədə uyğundur. Son 10 ildə dünyada geniş tətbiq edilən həmin üsulun ( TVT,TOT) son 2-5 il ərzində faydası 80-90faiz-ə yaxınlaşmışdır.

Bəzi fitoterapiya üsulları

  • Keşniş toxumu toz halına salınır, balla qarışdırılaraq səhər və axşam bir xörək qaşığı yeyilir.
  • Hər gün bir ovuc balqabaq toxumu yeyilir.
  • Acqarına gündə bir neçə dəfə cavan albalı budaqlarından hazırlanmış çay içmək olar.
  • 1 xörək qaşığı xırdalanmış dazıotu kökünün üzərinə 200 ml qaynar su əlavə edilir, 15 dəqiqə zəif odda qaynadılıraraq, dəmlənilir. soyuduqdan 4 saat sonra içilir.
  • Rus xalq təbabətində dazıotu və qızılçətir otunun eyni miqdarda götürülmüş qarışığından çay dəmlənərək adi qaydada içilir.
  • Böyürtkənin və ya qaragilənin qurudulmuş və ya təzə meyvələri dəmlənilir, gündə 4 dəfə ½ stəkan qəbul edilir.
  • 1 xörək qaşığı bağayarpağı yarpağının üzərinə 200 ml qaynar su əlavə edilərək 1 saat dəmlənilir. Süzüldükdən sonra gündə 3-4 dəfə yeməkdən 20 dəqiqə əvvəl daxilə qəbul edilir.
  • Yuyulmuş və qurudulmuş yumurta qabığı toz halına salınaraq balla qarışdırılır. Qarışıqdan kürəciklər hazırlanıb gündə bir neçə dəfə bir-bir udulur.
  • 40-50 qr dərman adaçayı yarpağı 1 litr qaynar suda dəmlənir, alınmış mayedən 1/2-1 stəkan gündə 3 dəfə daxilə qəbul edilir.
  • 6 qr toz halına salınmış dərman gülxətmi kökünün üzərinə 200 ml soyuq qaynanmış su əlavə edilir. 10 saat müddətində dəm aldıqdan sonra alınmış maye bütün gün ərzində içilir.