Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30; (+994 55) 244-44-30

Email:

Kişi sonsuzluğu

Infertilite-sonsuzluq nedir?

Sonsuzluq- evli cütlüyün 1 il müddətində qorunmadan, müntəzəm cinsi əlaqədə olmasına baxmayaraq hamiləliyin olmamasıdır. Sonsuzluq tək fərdin deyil, bir ailənin problemidir. Sonsuzluq müddəti, 1-cili veya 2-cili olması, sperma analizi və qadın yaşı ən önəmli faktorlardandır. Sonsuzluğun 1/3-i kişi, 1/3-i qadın 1/3-də isə həm kişi, həm qadın səbəbli olur.

Günümüzün reallığında hamiləlik olmadığı zaman ilk müraciət edilən ginekoloqlardır, sonsuzluqda kişi faktorunun 30-40 % olduğunu nəzərə alsaq kişilərin də bu mövzuda nə qədər önəmli olduğunu görürük. Övlad sahibi olmaq üçün xərclənən maddi, uzun müddətli müalicələr, itirilmiş vaxt və.s nəzərə alınmalıdır. Sonsuzluq şikayəti zamanı kişi və qadın eyni zamanda, qadın ginekoloq, kişi isə uroloq-androloq tərəfindən müayinə edilməlidir.

Kişi cinsiyyət sisteminin fiziologiyası

sonsuzluq-combo-1

Kişi cinsiyyət sistemi - penis ( kişi cinsiyyət orqanı), prostat vəzi, toxum kisəcikləri, xaya və xaya artımları və.s və bunları bir-birinə bağlayan toxum çıxarıcı kanallardan ibarətdir. Beyində yerləşən hipofiz vəzidə hazırlanan LH( lüteinləşdirici) və FSH ( follikul stimuləedici) hormonları xayalarda davamilə testosteron ifrazına ( kişi cinsiyyət hormone) və spermatogenezə ( sperma yaranmasına) səbəb olur.Xayanın 85-90%-ni germinal hüceyrələr və onlara dəstək olan sertoli (qidalandırıcı) hüceyrələri təşkil edir,germinal hüceyrələrdə sperma yaranır( 1 spermanın yaranması 70-75 gün çəkir). Xayada yaranmış ilkin spermatazoidlərin yumurta hüceyrəni mayalandiracaq qabiliyyəti olmur,xaya artımınmdan keçdikcə yol boyu mayalanma qabiliyyəti qazanır ( bu müddət 12 gün çəkir), daha sonra toxum kisəcikləri və prostat şirəsi qarışaraq tam xaric olunacaq eakulyant halını alır, beleliklə qadın cinsiyyət yollarında rahatca irəlləyib yumurta hüceyrəni mayalandırırlar.

Kişi sonsuzluğuna səbəb olan faktorlar hansılardır?

  1. EAU 2010 (Avropa Uroloqlar Assosasiyası)
  2. İdiopatik sonsuzluq (səbəbi məlum olmayan) - 31 %
  3. Varikosel – keçid varikosel səhifəsinə - 15.6 %
  4. Hipoqonadizm - 8.9 %
  5. Urogenital infeksiyalar - 8.0 %
  6. Enməmiş xayalar (kriptorxizm) - 7.8 %
  7. Seksual və sperma depolanmasının pozulması - 5.9 %
  8. İmmunoloji sonsuzluq - 4.5 %
  9. Sistem xəstəlikləri - 3.1 %
  10. Obstruksiyalar - 1.7 %
  11. Digər faktorlar - 5.5 %

Digər faktorlara aiddir:

  • Toksinlər (qəbul edilmiş bəzi dərman preparatları, radiasiya)
  • Travma
  • Böyrək çatışmazlığı
  • Qaraciyər xəstəlikləri
  • Xaya şişləri
  • Xaya travması (yaralanma)
  • Nevroloji (Sinir Sisteminə aid) patologiyalar
  • Siqaret və spirtli içkilər (Spermanın sayını azaldır və quruluşunu pozur)

I. Boşalmanın olmaması (eakulayasiyanın olmaması

  1. Qəbul edilmiş dərmanlar
  2. Keçirilmiş əməliyyatlar
  3. Şəkərli diabet4. Psixoloji pozunluqlar

II. Oliqospermiya (azalmış sperma sayı) (oliqospermiyaya keçid)

  1. Kriptorxizm (enməmiş xaya)
  2. Varikosel (damar genişləməsi) keçid varikosel səhifəsinə
  3. Dərman preparatları
  4. Endokrin patologiyalar (hormonal pozğunluqlar)

III. Azospermiya (spermanın olmaması)

  1. Genetik faktorlar
  2. Germinal aplaziya
  3. Maturasiya arresti

IV. Normal sperma olmasına baxmayaraq hamiləliyin olmaması

  1. Anormal cinsi əlaqə vərdişi (seyrək və ya tez-tez)
  2. Sperm morfologiyasının pozulması (sperma qurluşunun)
  3. İmmunoloji faktorlar
  4. Səbəbi bilinməyən
  5. Antispermal antitellər

Sonsuzluq şikayəti olan pasientin dəyərləndirilməsi:

  • Anamnez - pasientdən düzgün toplanmış anamnez diaqnozun 70%-dir. Infertil şikayəti - sonsuzluq müddəti, öncəki hamiləliklər (olub-olmaması), öncə aparılmış müalicələr.Seksual anamnez - cinsi həyatı, libido (cinsi istək), Koitusun müddəti (cinsi əlaqənin müddəti), cinsi əlaqənin sayı və.s digər faktorlar.
  • Fizik müayinə ilə sonsuzluğa səbəb olan varikosel, xayalar, penis (kişi cinsiyyət orqanı), prostat vəzidəki anormallıqlar və ikincili cinsi əlamətlər müəyyən edilir. Penisin uzunluğunun kiçik olması (hipoqonadizm-hormon azlığı), uretradan (sidik kanalından) axıntının olması infeksiyanın olmasını, uretral darlıq, xayaların həcminin ölçülməsi və.s müəyyən edilməlidir.
  • Laborator testlər - ilkin olaraq ən az 2 sperma analizi verilməlidir. Əgər sperma sayı, hərəkətliliyi, quruluşu normal deyilsə, o zaman digər müayinələr aparılır (hormonal, genetik və.s)Spermaqramma - kişi sonsuzluğunda ilk verilən analiz olmalıdır (ilk addım), 3-5 günlük cinsi pəhrizlə verilməlidir, analiz verilən zaman əllər sabunla təmiz yuyulmalı və mütləq analiz üçün ayrılmış klinikanın xüsusi bir otağında verilməlidir. Sperma analizi hormonal, digər problemler haqqında çox önəmli məlumatlar verir. Spermaqrammaya baxılarkən sayı, hərəkətliliyi morfologiyası (quruluşu) ən önəmli göstəricilərdir.

EAU 2010 (Avropa Uroloqlar Assosasiyası)

Semen Analizi - normal göstəriciləri:

  • Eakulyatın həcmi 1,5 ml
  • 1 ml-də sayı 15 milyon
  • Hərəkətliliyi 32%
  • Morfologiyası 4%
  • Vitalite (canlılıq) 58%
  • Leykositlər <1milyon

sonsuzluq-combo-2

Normal bir spermanın sxematik görünüşü

6

 

Normal bir spermanın mikroskopik gürünüşü

7 8 9 10
2 başlı sperma sperma quyruqsuz sperma çoxquyruqlu sperma

Spermaqrammada spermanın olmaması azospermiya, az olması oliqospermiya, hərəkətliliyin az olması astenospermiya, morfologiyasının pozulması isə astenospermiya adlanır.

11Hormonal müayinə - sperma analizində patologiya olduğu və xüsusi hormonal patologiyalar düşünüldüyü zaman baxılır.qandan FSH və testosteron ilk baxılan hormonlardır.normal FSH zamanı azospermiya (spermanın olmaması) varsa, o halda xayadan biopsiya alınır.

Bakterioloji - klinik və laborator şikayətlərə əsasən infeksiya əleyhinə bakterioloji (kultural) müayinələr aparılır.

Immunoloji - ASA(antispermal antitellər) olması mayalanma qabiliyyətini azaldır. ASA kişi və qadınlarda qanda, spermada və servikal mayedə olur. Postkoital testlərdə anormallıq olan cütlüklərdə ASA baxılmalıdır.(ASA – permanın hərəkətini və canlı spermaların miqdarını azaldır, akrosom reaksiyasını və spermanın yumurta hüceyrəylə birləşməsinə mane olaraq sonsuzluğa səbəb olur).

Sistem xəstəlikləri - yüksək temperaturla müşayiət edən xəstəliklər sperma yaranmasını zəiflədir, qaraciyər və böyrək xəstəliklərində isə hormonal balans pozulduğu üçün spermatogenez pozulur. Şəkərli diabet, hipertoniya (yüksək təzyiq), kimi xəstəliklərdə sonsuzluğa səbəb olur.

Genetik - sperma sayı 5 milyondan az olduğu hallarda genetik analizlərin aparılması tövsiyə olunur. Əsasən kariotip (46XY) və AZF bölünməsi və bir çox digər genetik müayinələr aparılır.

12Kriptorxizm – (kriptorxizmə keçid) xayaların xayalığa enməməsi (birinin vəya hər ikisinin), yeni doğulmuşların 1%-də xayalar enməzlər, erkən doğuşlarda daha sıx görülür. 1 yaşa qədər normal yolla enməzlərsə, 12-18 ay ərzində endirilməyə çalışmaq lazımdır, ilk öncə müalicə ilə, effekt verməzsə o zaman cərrahi yolla endirilməlidir. Nə qədər gec endirilərsə bir o qədər infertil (sonsuzluq) riski artır. Enməmiş xayalar qarın daxili və ya qasıq kanalındasa təzyiqdən normal inkişaf edə bilmir.

Keçirilmiş xəstəliklər və əməliyatlar - uşaq vaxtı keçirilmiş bir çox infeksion xəstəliklər, epidemik parotit (svinka) xayaları zədələdiyir, kriptorxizm olubsa xayaların gec endirilməsi, keçirilmiş bir çox cərrahi müdaxilələr və.s sperma yaranmasına mənfi təsir edən amillər.

Əraf mühitin təsiri - ekalogiyanın dəyişməsi, ətraf mühitin çirklənməsi, şüalanmanın artması (məs: mobil telefonlar və digər elektron avadanlıqlar) spermatogenezə mənfi təsir edir.Dərmanlar - qəbul edilmiş bir sıra dərman preparatları da sperma yaranmasını ləngidir.

Xayalar - əsasən xaya şişləri olduğu hallarda istifadə edilən kimyəvi və şüa müalicəsi sperma yaranmasını əsaslı dərəcədə azaldır, bu müalicələrdən öncə və sonra mütləq sperma analizi verilməsi lazımdır. Bu hallarda müalicə başlamazdan öncə sperma dondurulması tövsiyə olunur.

Müalicə: 1.Medikal müalicə 2.Cərrahi müalicə

13Sonsuzluqla müraciət zamanı fiziki müayinə, ən az 2 sperma anazili, həkim tərəfindən müəyyən edilmiş digər analizlər (həkimin istəyinə uyğun) baxılır. Hər hansı bir problem görülürsə səbəb görə müalicə aparılır. Əgər spermanın sayı, hərəkətliliyi və morfologiyası (quruluşu) normal göstəricilərdən (1 ml-də 15 mln, hərkətlilik 32%) azsa onda sayının, hərəkətliliyinin artırılmasına uyğun müalicələr aparılmalıdır.

Əgər sperma sayı azalıbsa, ümümi hərəkətli spermaların sayı 5milyondan çoxdursa inseminasiya, 5 milyondan az isə İCSİ (yumurta hüceyrədaxili yalanma) – süni mayalanma olunması tövsiyə olunur. (EAU 2010-Avropa Uroloqlar Assosasiyası). İnseminasiya – hazırlanmış eakulayant (lekositlərdən və digər zərərli faktorlardan təmizləndikdən sonra uşaqlığa vurulmasıdır. Burada məqsəd spermanın keçdiyi yolu qısaltmaq və maneələrlə qarşılaşmasımı azaltmaqdır).

Əgər verilmiş analizdə sperma yoxdursa, bu azoospermiyadır. (azoospermiyaya keçid) Azoospermiya sperma çıxarıcı kanalların qapalı olduğu, xayalarda sperma yaranmasının azaldığı və ya heç yaranmadığı hallarda olur. Kişi sonsuzluğu ilə müraciət edən pasientlərin təxminən 5%-də azoospermiya olur.

Azoospermiyanın 2 forması vardır:

1.Obstruktiv azoospermiya

2.Nonobstruktiv (qeyri-obstruktiv) bu vəziyyət beyindən hormon ifrazı pozulduqda və ya xayaların bu hormonları qəbul edə bilmədiyi hallarda olur.

Obstruktiv azoopsermiya toxumçıxarıcı yolların hər hansı bir nahiyəsində obstruksiyanın (maneənin) olmasından irəli gəlir. Bu zaman hormonlar norma daxilində olur. O halda obstruksiya aradan qaldırılır. 2-ci halda isə heç bir obstruksiya olmur ( yani sperma ifrazı üçün maneənin olmaması), bu halda FSH (follikul stimuləedici hormon) yüksəlir.

Azoospermiya zamanı mütləq genetik və hormonal müayinələr aparılmalı və xayaların həcmi çox önəmlidir.Azoospermiyanın müalicəsi mümkündürmü?Azoospermiya zamanı sperma əldə etmə üsulları:Əgər eakulyantda sperma yoxdursa, o zaman xayalardan sperma əldə edilir – PESA, MESA, TESA, TESE (mikro) üsulları ilə, hər bir pasientin durumuna uyğun olaraq hekim uroloq-andoroloq tərəfindən qərar verilir.

sonsuzluq-combo-3

PESA (Perkutan Sperma Aspirasiyası): xayalara bir iynə ilə girilərək parça alınır və araşdılır sperma olub-olmaması. Əgər lazımı gədər sperma çıxarsa prosedur sona çatdırılır.

MESA (Mikro Epididimal Sperma Aspirasiyası - xaya artımından sperma əldə edilməsi): Çox kiçik bir kısiklə xaya artımlarına gedilərək mikroskop böyütməsi altında genişlınmiş kanallardan aspirasiya edilir və baxılır əgər kifayət qədər sperma varsa işləmə dayandırlır.

TESE - xayalardan parça alınması üsuludur.
Mikro-TESE (Testikulyar Sperma Ekstraksiyası - xayalardan sperma alınması): mikro TESE ağır kişi sonsuzluğu zamanı günümüzdə bütün dünyada cox müvəffəqiyətlə istifadə olunan ən müasir üsuldur. 15*25 dəfə böyütmə qabiliyyətinə malik mikroskop görüntüsü altında kiçik bir kəsiklə xayala gedilir və genişlənmiş bütün kanallardan (ən az 50 nöqtədən) nümunə toplanaraq laboratoriyaya göndərilir. Sperma tapıldığı halda əməliyyata son verilir.

Mikro TESE

Məsləhətlər - istənilən bir problemin vaxtında müəyyən edilib müalicə edilməsi məqsədə uyğundur, əgər xayalar enməyibsə vaxtında həkimə müraciət etmək lazımdır (12-18 aylar arası xayalar endirilməlidir), 2-cili cinsi əlamətlərin (tüklənmə, səsin dəyişməsi və.s) gecikdiyi zaman, keçirilmiş urogenital infeksiyaların varlığı hallarda, travma və.s bu kimi halarda müayinə olunmaq lazımdır. Ən önəmlisi isə ailə qurmamışdan öncə müayinə olunmaq və tam əmin olmaq lazımdır. (hər iki cins üçün önəmlidir).