Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30; (+994 55) 244-44-30

Email:

KRİPTORXİZM - Xayaların enməməsi

1Kişi sonsuzluğu və kriptorxizm (enməmiş xaya) - Kriptorxizm kişi genital sisteminin ən çox rast gəlinən anomaliyasıdır. Bildiyimiz kimi xayalar bətndaxili inkişafın 9-cu ayında qarın boşluğundan normal yolla xayalığa enirlər,erkən (vaxtından əvvəl) doğulmuş uşaqlarda kritorxizm daha çox rast gəlinir.

Yeni doğulmuş uşaqların 2-5%-də görülür. 3 ayın sonunda xayalar enərək 1-2%-ə qədər azalır. Enməmiş xayaların 20 %-i müayinə zamanı əllənmir,bunlar qarın boşluğunda qalır.Müxtəlif səbəbləri vardır - endokrinoloji pozğunluqlar( hormonal), genetik, vaxtsız doğum və.s səbəblərdən yaranır. Xayaların normal yolla qarın boşluğundan xayalığa enməsi üçün hipofiz hormonlarının miqdarıının normal olması şərtdir.Kriptorxizm zamanı uşaqların hormonal statusunda o qədər də ciddi pozğunluqlar olmamasına baxmayaraq, hamiləliyin ilk dövrlərindəki hormonal statusun dəyişməsi xayaların enməsinə öz mənfi təsirini göstərir.

Aparılmış araşdırma nəticəsi

45_004Kriptorxizm ağ dərililərdə zəncilərə nisbətən 3 dəfə daha çox olur. İngiltərədə 3000-dən çox yeni doğulmuş uşaqlarda aparılmış bir araşdırmanın nəticəsinə görə çəkisi 2500 qr-dan çox olan uşaqların 2,7%, çəkisi 2500 qr-dan az olan uşaqların isə 21% -də xayaların enmədiyi görülmüşdür.

Enməmiş xayada hansı dəyişikliklər olur?

Germinal (sperma yaradan ) hüceyrələrin dəyişiklikləri. Enməmiş xayalarda 1 yaşdan sonra germinal (sperma yaradan) hüceyrələrin dəyişiklikləri görülür,sperma yaradan hüceyrələr məhv olmağa başlayır.2 yaşdan sonra isə sperma yaradan hüceyrələr hədsiz dərəcədə azalmağa başlayır.Xəstələrin 10-45%-də sperma yaradan hüceyrələr tam məhv olur. Bu səbəbdən xayaların vaxtında müalicə edilib endirilməsi lazımdır.

Kişi sonsuzluğu ilə əlaqəsi

Enməmiş və ya gec endirilmiş xayaları olan kişilərin spermalarında anormallıq görülür. Kişi sonsuzlu ilə müraciət edən kişilərin 2-9%-də xayalarının yerində olmadığı görülür. İki tərəfli xayaların yerində olmadığı hallarda bu xəstələrin 31%-də oliqospermiya və 42%-də isə azoospermiya olur. İki tərəfli enməmiş xayaları olan kişilərin ata olma şansı 35-53%- ətrafındadır.

Enməmiş xaya və xaya xərçəngi

xayaEnməyən (yerində olmayan) xayalar gələcəkdə xərçəng yaranması üçün bir risk faktorudur. Xayaları yerində olmayanlarda xərçəng yaranma riski 3,6-7,4 dəfə çoxdur. Enməmiş xayaları olan kişilərin 2-6%-də xaya xərçəngi olur.

Nəticə

  • Enməmiş xayalar bir çox səbəbdən əsasən genetik, hormonal və erkən doğuş səbəbindən yaranır
  • Enməmiş xayalar olduğu zaman əsasən sonsuzluq və xaya xərçəngi yaranma riski artır
  • Vaxtında aparılmış müalicə sperma yaradan hüceyrələrin məhvinin qarşısını alır
  • İki tərəfli xayaların öz yerlərində olmayan kişilərin ata olma şansı azdır
  • Travma: Enməmiş xayalar travmaya daha çox məruz qalır,qarın boşluğu və ya qasıq kanalında təzyiqdən sıxılaraq travma alır
  • Psixoloji təsir: Yaş artdıqca uşaq ətrafı dərk edir və xayalarının yerində olmaması ona çox böyük psixoloji təsir edir

Məsləhətlər

enmemis-xayaƏsas yük valideynlərin üzərindədir. Uşaqlarının xayalarına diqqət yetirmək, əgər xayaların 1-nin və ya hər 2-nin yerində olmadığını gördükdə həkimə müraciət etmələri tövsiyə olunur. 1 yaşa qədər uşaqlara müalicə məsləhət deyil, əgər xayalar enməzsə 12-18 aylar arası mütləq müalicə aparılmalıdır.
EAU 2010 - (Avropa Uroloqlar Assosasiyası) tövsiyyəsi.