Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30; (+994 55) 244-44-30

Email:

PEYRONİYE - Penis əyriliyi

Penis əyrilikləri penisin (kişi cinsiyyət orqanının) əyilməsidir. Bu əyriliklər yuxarı,aşağı və yanlara doğru olur.Yaranma səbəblərinə görə iki qrupa ayrılır:

1. Penisin (kişi cinsiyyət orqanının) anadangəlmə əyrilikləri

penis_eyriliyiAnadangəlmə penis əyrilikləri əsasən kişinin cinsi aktivlik dövrü başladığı zaman, penisin ölçülərinin böyüməyə başladığı zaman görünür. Əyriliyin dərəcəsinə görə penisin forması cinsi əlaqəni çətinləşdirir, hətta cinsi əlaqəni mümkünsüz edir. Bundan əlavə penisi əyri olan kişilərdə yaranmış bu əyrilik səbəbindən onlarda çox güclü bir psixoloji problem yaranır, çünki penisin (cinsiyyət orqanının) kişi üçün nə qədər qiymətli olduğu məlumdur. Bu yaşdakı oğlanlar özləri-özlərində penisin əyri olduğunu görürlər. Lakin bir çox penis əyrilikləri olan xəstələr utandıqları üçün doktora getmədiklərini də bilirik. Anadangəlmə penis əyriliklərinin müalicəsi mümkündür. Əslində bu penisin estetik əməliyyatı kimi də qiymətləndirilə bilər. Nəticələr tam müvəffəqiyyətlidir.

2.Penisin sonradan yaranan əyrilikləri

peyronie1207hSonradan yaranmış penis əyrilikləri özləridə iki qrupa ayrılır:

a) Penisin ereksiya (sərt, bərk) halında cinsi əlaqə zamanı müftəlif pozisiyalarda çətinliklə cinsi əlaqəyə cəhd və ya əlaqə zamanı qatlanaraq qırılması nəticəsində meydana gəlir. Bu zaman vaxt itirmədən təcili olaraq qırılmış və ya zədələnmiş toxumaların düzəldilməsi şərtdir, yoxsa irəlidə penisin əyri qalmasına və erektil disfunksiyaya (impotensiya) səbəb olacaqdır.

b) Peyronie xəstəliyidir. Sonradan yaranan penis əyriliklərin ən çox görülən formasıdır. Penisdə ereksiyanı (sərtləşəməni) təmin edən strukturları əhatə edən toxumalarda kollagen deyilən bir maddənin yaranması nəticəsində bu toxumalarda val tərzində sərt sahələr yaranması ilə xarakterizə olunan bir xəstəlikdir. Bu xəstəliyi ilk dəfə 1743-cü ildə Fransız Kralı 15-ci Loisin doktoru Fronçois de la Peyronie kəşf etmişdir və xəstəlik də onun adı ilə bağlıdır. Əsasən orta yaşlarda və daha sonra yaranır. Penisdə yaranmış travma vəya başqa bir səbəbdən həmin nahiyə sərtləşir və kirəcləşərək bərk düyünlər halda əllənə bilir.

photo_curve_downXəstəliyin yaranma səbəbləri elmə tam məlum deyildir.Yaranma səbəbləri arasında daha çox cinsi travma,yəni cinsi əqalə zamanı penisin əzilməsi,qırılması vəya qatlanaraq travma alması önəm daşıyır.

Xəstəliyin yaranmasında genetik faktorların olduğuda bilinməkdədir.Bəzən də şəkər xəstəliyin də səbəb olduğu məlumdur.

Bundan əlavə E vitamini çatızmazlığı da səbəblərdən biri sayılır. Xəstəliyin kəskin mərhələsi 12 ay çəkir. Bu halda ereksiya (cinsiyyət orqanının sərtləşməsi) zamanı penisdə şiddətli ağrılar və əyrilik ola bilir. Xəstələrin az bir qismində şikayətlər öz-özlüyündən düzəlir (ilk 12 ayda). Xəstələrin böyük əksəriyətində ağrılar kəsilir, lakin əyriliyin dərəcəsi getdikcə artır və irəliləyir. Bəzi xəstələrdə zaman keçdikcə penisin forması getdikcə qum saatı forması alır.

12-18 aydan sonra isə xəstəlik xroniki mərhələyə keçir, bu müddətədək əyrilik maksimum artır hətta 150-dərcəyə qədər ola bilir, xroniki müddətdə cinsi əlaqə zamanı olan ağrılar azalır vəya tam itir. Bəzən əyriliyin dərəcəsinə görə xəstələr cinsi əlaqə zamanı akrobat aşmaq məcburiyyətində qalırlar.
Peyronie xəstəliyi olan kişilərdə əsasan cinsi əlaqə zamanı (penis sərtləşdiyi zaman) olan ağrılı ereksiya və ağrılı orqazm (boşalma) və penisdə (kişi cinsiyyət orqanı) görünən əyrilik səbəbindən cinsi əlaqənin çətinləşməsi xəstələri narahat edənəsas faktorlardır.

Plaque_removal_surgerybeforePeyrone xəstəliyinin ilk 12 ay ərzində qəbul olunan dərman müalicəsi 30-40 % xəstələrdə faydalı olur. Bu müalicələr nəticəsində ağrılar azala və əyrilik dura da bilir, lakin əyriliyin əsl müalicəsi cərrahi üsulladır,hansıki yüksək nəticələr aldığımız müxtəlif növ cərrahi üsullardır. Bəhs edilən bu əməliyatlar xəstələrdə ereksiya (impotensiya) problemi olmadığı hallarda istifadə olunur,əgər xəstədə ereksiya (impotensiya) problemi də əlavə olunursa o zaman, penisin düzəldilməsi ilə eyni zamanda penis protezlərin qoyulması göstəriş sayılır. Bir sıra cərrahi üsullar vardır ki, Nesbit əməliyatı, Yamaq qoyma və.s onlardan birinin vasitəsi ilə hər bir xəstəyə fərdi yanaşmaqla əyriliyin müvəffəqiyyətlə düzləndirilməsinə nail oluruq. Keçid şəkər xəstəliyi.

Anadangəlmə penis əyriliyinin səbəbi nədir?

Dr.Seymur MEHTİYEV: Ana bətnində bəzən bir tətəfində inkişaf zəif gedə bilir,bunun nəticəsində inkişaf etməmiş tərəf qısa qalır. Bu vəziyyətdəki kişilərdə penis (kişi cinsiyyət orqanı) sərtləşdiyi (düzləndiyi) zaman penis qısa olan tərəfə doğru əyilir. Anadangəlmə penis əyrilikləri əsasən aşağıya, sağ və sol tərəfə doğru olur.

Hansı problemlərə səbəb olur?

photo_curve_downDr.Seymur MEHTİYEV: Penis əyriliyi cinsi əlaqəni çətinləşdirə və ya tam əlaqəyə girməyə mane olur və əlaqə zamanı penisdə ağrılara səbəb olur. Cinsi funksiyaların pozulması ilə yanaşı ciddi psixoloji problemlərə səbəb olur.

Uşaqlarda penisin qısa olması bilinirmi?

Dr.Seymur MEHTİYEV: Doğuşda penisin uzunluğu 2,5 sm civarında olur. Uşaq böyüdükcə penis də böyüyür. 10 yaşındakı uşaqda penis uzunluğu ən az 6,5 sm olmalıdır. Lazımi uzunluqda deyilsə buna miropenis deyilir.Valideynlər uşağı çimizdirən zaman penis uzunluğunu təxmini ölçə bilirlər. Qısa olduğundan şübhə etdikləri zaman uroloqa-androloqa müraciət etmələri lazımdır.


Uşaqlarda penis qısaığı müalicə ediləbilirmi?

Dr.Seymur MEHTİYEV: Bəli ediləbilir.Hər yaşa uyğun penis uzunluğu vardır,normadan qısa olduğu hallarda müalicə başlanır və lazımı uzunluq əldə edilənə qədər müalicə davam etdirilir.


Gənclərdə penis qısalığı müalicə ediləbilirmi?

Dr.Seymur MEHTİYEV: Əsasən gənc kişilər penisin uzunluğundan şikayət edirlər.Lakin müayinə edildikdə əksəriyyətinin penis uzunluğunun normal ölçüdə olduğu görülür. Psixoloji səbəblərdən bunu problem edən xəstələr də az deyildir. Lazımi hallarda penisin uzunluğunu 2-2,5 sm uzatmaq mümkündür.

Doktora getməkdən utanmayın rahatlığa qovuşun .....

Dr.Seymur MEHTİYEV: Penis əyrilikləri ya anadangəlmə yada sonradan qazanılmadır. Hər ikisinin müalicəsi mümkündür.

Aşağıda tərəfimizdən aparılmış penis əyriliyi probleminin əməliyyatla müalicəsi görüntüləri göstərilmişdir.

penis-eyriliyi-1

penis-eyriliyi-2

penis-eyriliyi-3

penis-eyriliyi-4