Tibbin son naliyyətləri bizim təcrübəmizdə

Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30; (+994 55) 244-44-30

Email:

PNL - Böyrək daşlarının qapalı çıxarılması

kidney-stones-s2-illustrationBöyrəklər bədənimizin ən önəmli orqanlarındandır. Böyrəklər onurğamızın hər iki tərəfində yerləşirlər. Kişilərdə ağırlığı 125-170 gr, qadınlarda 115-155 qram arasında dəyişir. Uzunluğu 11-12 sm, qalınlığı 3.5-4 sm., eni 5-7.5 sm olan cüt orqanlarımızdandır. Sağ böyrək sol böyrəkdən 1-2 sm aşağıda yerləşir. Hər iki böyrəkdə təxmini 2.400.000 civarında nefron (böyrəyin funksional vahidi) vardır. Ürəyin dəqiqədə vurduğu 5-6 litr qanın 1.5 litri böyrəklərdən keçir( süzülür). Hər iki böyrəkdə olan nefronlardan 1 dəqiqədə 1 litr qan keçir. Böyrəklərdən keçən qan süzüldükdən sonra yararlı maddələr yenidən qana verilir, orqanizmdən lazımsız maddələr atılır. Bütün bunlar böyrəklərin orqanizm üçün nə qədər önəmli olduğunu göstərir.

Böyrək daşı nədir?

Böyrək daşı, tibbdə"nephrolithiasis" və ya "urolithiasis" olaraq bilinən, böyrəklərdə yığılan sərt maddələrə verilən addır.Böyrək daşları müxtəlif maddələrin,duzların toplanıb böyrəkdə çökməsi nəticəsində əmələ gələn bir xəstəlikdir. Normal halda böyrəklərdə bu çöküntülərin qarşısını alan maddələr var, amma bəzi hallarda bu qoruyucu mexanizm təsirini itirir. Bu xəstəlik ən çox rast gəlinən böyrək problemlərindəndir.

Əksər hallarda kişilərdə rast gəlinsə də, bəzi növ daşlar daha çox qadınlarda rast gəlinir. Böyrək daşları bir çox səbəblərdən əmələ gələ bilir:

  • İrsi-genetik
  • Çox miqdarda duz qəbulu
  • Adinamiya (hərəkətsizlik)
  • Az maye qəbulu
  • Hipertoniya (yüksək təzyiq)
  • Bədən çəkisinin çox olması
  • Böyrək və sidik yolları infeksiyaları və s.

Böyrək daşları dəyişik ölçü, şəkil və rəngdə ola bilir. Dəniz qumu zərrəsindən qolf topu böyüklüyünə qədər daşa rast gəlinə bilir. Çoxu düz və oval şəkillidir.Bəziləri çıxıntlı və haçalanmış ola bilir. Daşın rəngi kimyəvi birləşmələrdən asılıdır. Çoxu sarı-qəhvəyi, bəzilərı qaradır.

Rastgəlmə tezliyi:

passing-kidney-stonesOlduqca sıx görülən bir xəstəlikdir. Kişilərin 10-15%-i, qadınların 5%-də görülür. İlk olaraq 20-30 yaşlarda ortaya çıxır. Xüsusilə kişilərdə, bir dəfə daş yaranmış kişilərin 2/3-də təxmini 9 il içində daş təkrarlanır.

Böyrək daşları hansı hallarda daha çox görülür?

Ümumiyyətlə böyrək daşı yaranmasınin səbəbləri aşağıdakılardır:

  • Az maye qəbulu
  • Qidalanma vərdişi (artıq kalsium və vitamin D qəbulu)
  • Genetik faktorlar
  • Sidik yolu infeksiyaları
  • Böyrəyin quruluş anomaliləri
  • İsti iqlim qurşağı
  • Bəzi bağırsaq xəstəlikləri və ağır əməliyyatlar
  • Sidikdə normadan artıq kalsium, sistin, oksalat atılımı
  • Sidik pH-da dəyişiklik( mühitində)
  • Əvvəllər böyrək daşı olanlar
  • Sidik yollarında yad cisimlər
  • Uzun müddət hərəkətsiz qalma
  • Artıq çəki

Statistika

  • Kişilərdə böyrək daşı qadınlara nisbətən daha çox görülür
  • Az hərəkət tələb edən iş qruplarında və yataq xəstələrində sidik yollarında daşlar daha çox görülür
  • Qaraciyər çatmazlığı, vitamin D çoxluğu kimi bəzi xəstəliklər daş yaranmasını asanlaşdırır

Daşlar kimyəvi tərkiblərinə, rəng və qırıla bilmək özəlliyinə görə fərqlilik göstərirlər. Ən çox urat və oksalat daşları görülür.Bu daşlar böyrəkdə qala bilər, böyüyə bilir və ya hərəkət edərək sidik axarına və sidik kisəsinə düşə bilir.

Böyrək daşının əlamətləri nələrdir?

Xəstəlik əlamətləri daşın yerləşdiyi bölgəyə görə dəyişir. Daş sidik yollarını bütünlüklə tutarsa, klinik daha ağır gedişli olur. Bu tıxanma nəticısində, sidiyin geri yığılması ilə sidik yollarında tez-tez ilihab və ciddi böyrək zədələnmələri yaranır. Belə vəziyyət uzun müddət davam edərsə böyrək iltihabına və ya hidronefroz deyilən böyrək divarının incəlməsi və böyüməsinə səbəb olur. Böyrək daşları hərəkətedib sidik yollarına və sidik kisəsinə düşə bilər.Bu vəziyyətdə böyrək daşı düşdüyü yerdə ciddi zədələnməyə səbəb olur və xəstədə dayanılmaz ağrılara səbəb olur.

Əsas əlamətləri

  • Dözülməz ağrılar,
  • Qanlı sidik, Sidikdə qan (gözlə görülə bilən və ya mikroskopik qanlı sidik)
  • Ağrı davamlı ya da təkrarlayan ola bilir.
  • Əgər daş sidik kisəsində olsa ağrı xüsusilə qarının alt hissəsində hiss edilir.
  • Şiddətli ağrı
  • Ürəkbulanma və qusma
  • Pis iyli sidik ifrazı
  • Sidik ifrazı zamanı yanma hissi
  • Temperatur və titrəmə (infeksiya varsa)

Böyrək daşının tipləri

Kalsium oksalat və kalsium fosfat daşları:

  • Bu daşlar bütün daşların 75%-ni təşkil edir
  • Kalsium bütün orqanizm üçün önəmli olan bir mineraldır. Sümüklərin və dişlərin əsasını təşkil edir, əzələ yığılması və digər əhəmiyyətli funksiyalarda rol oynayırlar. Qidalarla alınan kalsiumun bədənin ehtiyacı olan hissəsi bağırsaqlardan sorulur, lazım olmayan hissısi isı böyrəklərdən atılır. Bəzi insanlarda kalsium boyrəklərlə atılması artır və kalsium oksalat daşları əmələ gəlir
  • Kalsium oksalat daşı yaranmasının 40%-də ailədən keçən (irsi) faktorlara bağlıdır. Bəzilərində proses istifadə olunan dərman preparatları ilə əlaqəli yaranır. Qalxanabənzər ətraf vəzin hiperfunksiyası, yüksək miqdarda vitamin C qəbulu da başqa səbəblərdir
  • Sitrat sidikdə kalsium va oksalatın birləşərək kristal yaratmasının qarşısını alan bir maddədir. Sitratın azalması da daşin yaranma səbəbidir

İnfeksiyalı daşlar:

  • Böyrək daşlarının 10-15%-de sidik yolu infeksiyası mövcuddur. Qadınlarda sidik yolu infeksiyasına daha çok rast gəlinir

Urat daşları:

  • Böyrək daşlarının 10%-ni təşkil edir. Bu normal orqanizm metabolizması ilə yaranan bir maddədir. Qanda həll olaraq böyrəyə daşınır və buradan sidiklə atılır. Orqanizmdə mədə- bağırsak sistemi pozulmaları, bəzi dərmanların qəbulu, köklük, çoxlu ət istifadə edilməsi bu tip daşların yaranma səbəblərindəndir

Sistin daşları:

  • Anadangəlmə metabolik pozuntuları olan bəzi insanlarda sidikdə çox miqdarda sistin atılır və bu da yığılaraq daş əmələ gətirir. Bütün daş növləri içində ən nadir görülən tipidir. Müalicəsi digər daşlara görə daha çətindir və belə xəstələrə ömür boyu müşahidə gərəkdir.Böyrək daşlarında pəhriz

Oksalat daşları zamanı pəhriz

Məsləhətdir: Heyvani və bitki yağları, yumurta ağı, ət, balıq, quş əti, boyat ağ və qara çörək, tərəvəzlər (xiyar, balqabaq,ağ kələm), meyvələr (turş olmayan alma, armud, ərik, banan, heyva, şaftalı), tərəvəz supları, oksalitin çayı, 2 litrə qədər maye (zəif qələvi mineral sular, şirələr, gicitkən, cökə, gülümbahar dəmləmələri)

Qadağandır: Tərəvəzlər (quzuqulağı, ispanaq), meyvələr (qara qarağat, çiyələk, limon, portağal, naringi), şokolad, kakao, qəhvə, tünd çay, kalsiun və C vitamini tərkibli mineral sular və preparatlar

Məhdudlaşdırılır: Xörək duzu, ədviyyatlar, süd və süd məhsulları, tərəvəzlər (badımcan, yerkökü,çuğundur, paxlalılar, soğan, pomidor, bolqar bibəri, cəfəri, göbələk), yağlı ət çeşidləri, qaraciyər.

Urat daşları zamanı pəhriz

Məsləhətdir: Qələvi mineral sular, süd və süd məhsulları (pendir, kəsmik), kərə yağı, yumurta, tərəvəzlər (badımcan, bolqar bibəri, kartof, pomidor, cəfəri, dəfnə), yarmalar (buğda yarması, qarabaşaq), qoz, şəkər, şirin meyvələr, limon, uralitin çayı, şirniyyatlar, buğda və çovdar çörəyi, makaron məmulatları.

Qadağandır: Ət məhsulları (qaraciyər, böyrək, dil, beyin, dana əti, yağlı ət çeşidləri), piylər, qatı ət və balıq bulyonları, qırmızı şərab, pivə, şokolad, kalsium tərkibli mineral sular.

Məhdudlaşdırılır: Duz, ədviyyat, qəhvə, tünd çay, kakao, dəniz və çay balıqları, paxlalılar, mayalı çörək, tərəvəzlər (quzuqulağı, ispanaq), meyvələr (əncir, moruq).

Fosfat daşları zamanı pəhriz:

Məsləhətdir: Çörək və un məmulatları, heyvani və bitki yağları, bütün ət çeşidləri, balıq, yumurta, yarmalar, az miqdarda xama, tərəvəzlər (balqabaq, yaşıl noxud, lobya, göbələk), meyvələr (turş alma sortları, qaragilə, qarağat), açıq dəmli çay, qəhvə, kakao, itburnu dəmləməsi, fosfalitin çayı, şəkər, bal, qənnadı məmulatları.

Qadağandır: Mayalı çörək, süd və süd məhsulları (kəsmik, pendir, qatıq), tərəvəzlər (kartof, kələm, yerkökü, çuğundur, kabaçki, xiyar, pomidor), meyvə və tərəvəz şirələri, duzlu və hisə verilmiş ət və balıq, piylər.

Diaqnoz qoymaq üçün gərəkli olan müayinə və testlər:

  • Sidik ifrazat sistemin rentgenoqrafisayı
  • Ultrasəs müayinəsi (USM)
  • Venadaxili Pieloqrafiya—vena daxili verilən maddə ilə sidik yollarının görüntülənməsi
  • Kompüter tomoqrafiyası (KT)

Daşın tipini müəyyən etmək üçün gərəkli olan testlər:

  • Daş analizi
  • Qan testləri
  • 24 saatlıq sidik müayinəsi: daş yaranmasında önəmli olduğu bilinən maddələr (kalsium, oksalat,sitrat və s.) və sidik mühitinin (pH) müayinəsi

Müalicə

  • Müalicə daşın tipinə görə dəyişir: əritmə, qırma, cərrahi üsul və müxtəlif vasitələrlə daş düşürmə
  • ESWL ( Bədən səthindən şok dalğaları ilə daş qırma)
  • Bu müalicə metodunda şok dalğaları bədən səthindən, orqanizmə ziyan etmədən daşa təsir edərək daşın qırılmasını təmin edir.Üsulda daşa birbaşa yönləndilən yüksək enerjili şok dalğası dəri və daxili orqanlara zərər vermədən daş üzərində təsir göstərir. Qırılan daşlar sidik yoluyla bədəndən atılır.
    2sm-dən böyük, sərt və ya böyrəyi bütövlüklə dolduran daşlar üçün bu üsul uyğun deyil

Uretroskopiya (URS)

Bu üsul, sidik axarlarinin orta ve aşağı hissəsində olan daşların çıxarılması məqsədilə istifadə edilir. Sidik kanalından sidik kisəsinı, buradan sidik axarına girilərək daşın parcalanması və ya birbaşa çıxarılmasıdır.

Perkutan nefrolitotomiya (PCNL) (PERKUTAN DAŞ QIRMA)

kidney-stones-s2-illustrationHal hazırda ən çox istifadə olunan üsuldur. Xəstənin arxa yan tərəfindən cəmi 1sm. böyüküyündə bir kəsik aparılır. Bu kəsikdən qələm qalınlığında olan alətlər istifadə olunaraq daşlar ya qırılaraq,ya da bütöv halda çıxarılır. Xəstə tez bir zamanda ayağa qalxıb öz gündəlik həyatına geri dönə bilir.

 

Qeyd*: Açıq cərrahi üsul - Günümüzdə ən az istifadə olunan üsuldur.