Hərəkətsiz kişilər risk altındadır.
Niyə kişilərdə cinsi istək azalır? Kişilərin sperma keyfiyyətinə təsir edən amillər hansılardır? Hərəkətdə olmaq kişilərdə sperma sayına və keyfiyyətinə necə təsir edir?
Sperma keyfiyyəti normal olan kişilər arasında aparılan sorğuda onlara hansı aralıqlarla aktiv hərəkət etdikləri və ya etmədikləri soruşulub.
Məişət işləri və yüngül işlərlə məşğul olan kişilərə nisbətdə,daha aktiv hərəkət edən və idmanla məşğul olan kişilərin sperma faizində artım nisbətən daha artıqdır.
Kompüter arxasında əyləşən və passiv həyat tərzi keçirən kişilərdə isə faiz nisbəti digərlərinə nisbətdə daha aşağıdır.
Həddindən artıq məşqlərin sonsuzluqla əlaqəli olduğuna dair məlumatlar da var. Buna görə məşqlər ara səviyyədə aparılmalıdır. Həddindən artıq sakit həyat diabet, piylənmə və ürək xəstəlikləri, həmçinin sperma keyfiyyətinin aşağı olması, uşaq sahibi olmağı çətinləşdirir.
Oturaq həyat tərzi keçirən və idman etməyə zamanı olmayan kişilərə piyada gəzmək,liftlə deyil pilləkənlə qalxmaq və s. yüngül hərəkətlər etmək məsləhətdir.