Artıq çəkiniz övladlarınıza zərər verər.
Artıq çəkisi olan kişilərlə normal çəkili kişilərin spermoqrammaları fərqlidir.Bu da kilolu kişilərin uşaqlarına qeyri-sağlam genetika keçirdiyinin göstəricisidir.Artıq çəki tək sağlamlıq üçün zərərli deyil,həm də qeyri-sağlam genlərin uşaqlara keçməyinə səbəb olur.Normal çəkili kişilərin spermalarındakı DNT–lərin sağlam olduqları,artıq çəkili kişilərdə isə bunun əksi olduğu alimlərin araşdırmalarından çıxan nəticədir.
Kilolu kişilərin genetik olaraq övladlarına ötürdüyü xəstəlik isə ilk növbədə artıq çəkidir.Mədə kiçiltmə əməliyyatından sonra çəki itirən kişilərdə isə DNT 1 il sonra normala düşə bilir.
Artıq çəki isə uşaqlarda yalnız qeyri-sağlam bədənin olmasına deyil,həm də beynin inkişafına da təsir edir.
Autizmlə əlaqədar aparılan tədqiqatlar göstərir ki, autizmli əksər uşaqların valideynləri kilolu olduğundan, valideynlərin artıq çəkisi də uşaqların beyninin inkişafına mənfi təsir göstərir.
Gündəlik məşqlər və sağlam qidalanma əzələ və sümüklərinizdə DNT dəyişikliyinə (bu insanın normal inkişafını təmin edən bir prosesdir) yol açar.
Namizəd valideynlərin ideal çəkilərinə çatdıqdan sonra sağlam və keyfiyyətli genlərlə hamiləlik planlanması etmələri məsləhətdir.
Əgər kilolu olsanız və bədəninizdə çox yağ varsa, aerobik məşqlər, C vitamini və kalsiumla zəngin bir diyet bədəninizdə istənilməyən regional yağları yandırmağa kömək edəcəkdir. Mütəmadi idman və sağlam bir pəhriz ilə piylənmədən qorunmağınız övladlarınıza yaxşı bir genetik miras ötürəcəkdir.