Dr. Tavat Seyidova - Labioplastika

Kiçik cinsiyyət dodaqları böyük cinsiyyət dodaqlarınn arasında incə dəri qıvrımı şəklində yerləşir. Bəzən doğuşdan ,bəzənsə cinsi yetişkənlik dövründə kiçik cinsiyyət dodaqları böyüyərək sallanır. Labioplastika kiçik cinsiyyət dodaqlarının kiçildilməsi ,estetik olaraq düzəldilməsi əməliyyatıdır. Bu əməliyyat kiçik cinsiyyət dodaqlarının böyüməsi,genişlənməsi,qararıb sallanması və asimmetrik olması vəziyyətlərində icra olunur.
Labioplastika hansı hallarda icra olunur?
Utanma və cinsi əlaqə zamanı özünə inamın azalması;
Cinsi əlaqə zamanı kiçik cinsiyyət dodaqlarının dartılmasına,gərilməsinə bağlı ağrı;
Cinsi əlaqədə hissiyatın zəif olması;
Dodaqların sürtünməsinə bağlı diskomfort hissi və s.
Labioplastikanın üstünlükləri nələrdir?
Xəstələrdə özünə inam hissinin artması;
Cinsi əlaqə zamanı sürtünməyə bağlı yaranan diskomfort hissinin olmaması;
Dar geyim istifadəsi zamanı görüntünün daha ideal olması və s.