
Penis əyriliyi: kişilərin gizli problemi və cərrahi müalicəsi
Penis əyriliyi kişilərin həkimə ən gec müraciət etdiyi problemlərdəndir. Çox vaxt utanc səbəbindən illərlə gizlədilir. Halbuki əyrilik, ağrı və ereksiyanın zəifləməsi müalicə olunan vəziyyətlərdir.
Pasientlər hansı şikayətlərlə müraciət edir?
- ereksiya zamanı penisin əyilməsi;
- penisdə əllə hiss olunan bərk sahə;
- penisdə ağrı;
- ereksiyanın zəifləməsi;
- penisin qısalması;
- cinsi əlaqədə çətinlik və ağrı.
Bu şikayətlərin ən çox rast gəlinən səbəbi Peyroni xəstəliyidir. Bəzi kişilərdə isə əyrilik anadangəlmə olur.
Cərrahi müalicə nə vaxt lazımdır?
Əyrilik ən azı 3 ay sabit qalıbsa, ağrı keçibsə və əyrilik cinsi əlaqəyə mane olursa, cərrahi müalicə düşünülür. Əməliyyatın növü əyriliyin dərəcəsindən, penisin uzunluğundan və ereksiyanın keyfiyyətindən asılıdır:
- Plikasiya: əyriliyin əks tərəfinə tikişlər qoyularaq penis düzəldilir. Yüngül və orta əyriliklərdə istifadə olunur. Penis bir qədər qısala bilər.
- Lövhənin kəsilməsi və qreft qoyulması: ağır əyriliklərdə, ereksiya yaxşı olduqda.
- Penis protezi: əyrilik ağır ereksiya problemi ilə birlikdə olduqda həm əyriliyi düzəltmək, həm də ereksiyanı bərpa etmək üçün.
Hər əməliyyatdan əvvəl gözləntilər, mümkün risklər (penisin qısalması, həssaslığın dəyişməsi, əyriliyin qismən qalması) həkimlə ətraflı müzakirə olunmalıdır.
Psixoloji tərəf
Penis əyriliyi yalnız fiziki problem deyil. Pasientlərimizdən biri illərlə bu problem səbəbindən ailə qurmaqdan çəkindiyini danışmışdı. Uğurlu müalicədən sonra həm fiziki, həm də psixoloji narahatlıq azalır. Problemi gizlətməyin, erkən müraciət müalicə seçimlərini artırır.






Ətraflı: Peyroni xəstəliyi: əlamətlər və müalicə · Peyroni xəstəliyi: penis əyriliyi
Müəllif: Dr. Seymur Mehtiyev, uroloq-androloq · Son yenilənmə: 16.11.2026
Mənbələr
Bu məlumat həkim müayinəsini əvəz etmir.
Qəbula yazılmaq: +994 50 555 20 30 (WhatsApp) · Funda Hospital, Bakı





