Close

(+994 50) 555-20-30

(+994 12) 555-44-30

info%drseymur#az

URS nədir?

  • 07 dekabr
    2018
  • 13:09
  • 280
  • 0
    0
07.12.2018 - 13:09
280
0

Sidik kanalına (uretra) və böyrəkyə uretrenoskop kamera ilə daxil olmaqla daşların parçalanması prosesidir. Əməliyyat anesteziya (ümumi və ya onurğa anesteziyası) altında və tamamilə kəsik aparılmadan həyata keçirilir.

Kişilər və qadınlarda sidik kanalından  (uretra) endoskop vasitəsilə girilərək  kamera ilə  içəriyə doğru irəliləyir və sidik kisəsinə çatır. Kanaldakı müxtəlif ölçüdə olan daşlar kamera vasitəsilə birbaşa görülə bilir və həmin anda da lazer vasitəsilə parçalanaraq çıxarılır.

URS əməliyyatının növləri ...

Əməliyyat zamanı istifadə edilən endoskopun növündən asılı olaraq adlandırılır. İstifadə edilən uretreskop sərt (sərt və ya yarı sərt) bir cihazdırsa  URS adlanır. Rigid URS yalnız ureterdə daşlar üçün istifadə edilə bilər.

Flexible endoskop (flexible uretero-renoscope) isə elastik URS (f-URS) adlanır.Bu zaman böyrəyə yaxın yerdə məskunlaşan daşları da lazer vasitəsilə parçalayıb çıxartmaq mümkündür.

URS əməliyyatı zamanı daşlar necə parçalanır?

Sidik kanalındakı daşlar lazer və ya pnevmatik daş parçalama cihazları ilə parçalanır. Lazer ilə daşlar tamamilə toz halına gətirilə və bu tozlar öz-özünə sidik vasitəsilə bədəndən xaric ola bilir.

Sidik axarında uzun müddət daş qaldıqda,daşın ölçüsü böyük olduqda,sidik axarında daşın yaratdığı şişlinlik və ya zədələnmə varsa URS əməliyyatı zamanı daş parçalandıqdan sonra stent taxılır.

Əməliyyat zamanı taxılan stent nəçə müddət sonra çıxarılır?

Əməliyyat zamanı parçalanan daşların sidik vasitəsilə atıldığına əmin olduqdan  və sidik axarındakı ödem (şişkinlik) keçdikdən sonra stent çıxarıla bilər.Stent çıxarılmadan öncə daşların böyrəkdə və  axarda olmadığına əmin olmaq üçün USM və Rentgen müayinəsi olunmağı məsləhətdir.Stent minimum 1-3 həftə ərzində axarda qala bilər.Stentin çıxarılması prosesi kiçik əməliyyat kimi əməliyyatxanada həyata keçirilir. İstifadə olunan stentlər (uzun müddətli xüsusi stentlər istisna olmaqla) maksimum 3 ay qalmalıdır. Bədəndə uzun müddət saxlanılan stentlər sidik yolu infeksiyası, qanaxma və daşlaşma kimi problemlərə səbəb ola bilər.

Stentin yarada biləcəyi narahatlıqlar...

Stent böyrək və sidik axarı arasında sidik axınını təmin edən incə,plastik borudur. Yanma-göynəmə hissi, sancı,sidik ifrazı zamanı qan gəlmə, tez-tez sidiyə getmə kimi şikayətlərə səbəb olur.

URS əməliyyatı digər xəstəliklərdə ...

URS əməliyyatı kəsik aparılmadan həyata keçirildiyindən qan sulandırıcı dərman istifadə edən xəstələrdə də risk olunmadan aparıla bilinir.

Artıq çəkili (obez ) xəstələrdə böyrək daşının müalicəsi digərləri ilə müqayisədə çətinlik olur.ESWL ( daşqırma ) proseduru artıq çəkili xəstələrdə istənilən nəticəni verməyə bilər.Perkutan əməliyyatı da obez xəstələrdə olduqca çətin və təcrübə tələb edən prosesdir.Artıq çəkili xəstələrdə böyrək daşı müalicəsində f-URS güvənli müalicə yoludur.

Uşaqlarda URS əməliyyatı

Uşaqların böyrəkləri və sidik kanalları böyüklərə nisbətən incə olduğu üçün əməliyyat zamanı incə endoskoplardan istifadə olunur.Uşaqlarda URS əməliyyatı kifayət qədər təcrübəsi olan həkim tərəfindən aparılmalıdır.

URS əməliyyatı cinsi fəaliyyətə təsir göstərə bilərmi?

Bu əməliyyat sidik kanalından girilərək həyata keçirildiyi üçün kişilər cinsi həyatlarına mənfi təsir göstərə biləcəyini düşünürlər.Qadınlar isə sidik kanalının cinsi orqana çox yaxın olduğundan cinsi orqanlarının zədələnə biləcəyini fikirləşirlər.Ancaq URS əməliyyatı cinsi həyata və qadın,kişi cinsiyyət orqanlarına zərər vermir.

Əməliyyatdan nə qədər sonra aktiv həyata başlanılır?

Endoskopik əməliyyatların açıq əməliyyatlardan üstünlüyü iş və normal həyata qısa zamanda davam etməkdir.Bir neçə gün istirahət kifayətdir.

XƏBƏRLƏR - TİBBİ UĞURLAR