Testis atrofiyası

Bəzi hallarda müəyyən bir ölçüyə çatan testislərdə kiçilmə baş verir,bu hal isə “testis atrofiyası” adlanır. Bu vəziyyət müxtəlif səbəblərə görə testislərin quruluşunun və funksiyasının pozulmasından qaynaqlanır.
Testisin kiçilməsi halında bu orqan kişilik hormonu olan testosteron ifraz edə bilmir və spermanın istehsalını əngəlləyir.
Soyuq havalarda xaya kisəsində qoruyucu vəziyyət yaratmaq,testislərdə istiliyi qorumaq məqsədilə skrotumda büzülmə meydana gəlir.İsti havalarda isə testislərin soyuması üçün skrotum genişlənir.
Testislərin kiçilməsi hər zaman xəstəlik göstəricisi olmaya bilər.Yaşla birlikdə testislərdə kiçilmə baş verə bilər,bu normal haldır.Ancaq həddindən artıq spirtli içki qəbulu,testisdə yaranan infeksiyalar,testisin ətrafında genişlənmiş damarlar (varikosel) olması da testisin kiçilməsinə yol açır.Bundan əlavə,həkim göstərişi olmadan normadan artıq hormon qəbulu da xaya kiçilməsinə səbəb ola bilir.
Testislərin yetkin yaşından kiçik olması hər zaman xəstəlik kimi qəbul edilməməlidir.Ancaq sonradan testislərində kiçilmə hiss edən kişilərin uroloq müayinəsində olmaları tövsiyyə olunur.Həkim müayinəsindən sonra testisin kiçilmə səbəbini araşdırmaq üçün digər müayinələrə də ehtiyac ola bilir.
Əgər testislərdə kiçilmə baş veribsə təəssüf ki,onları əvvəlki ölçüsünə qaytarmaq mümükün deyil.Ancaq kiçilmənin qarşısını almaq üçün testislərdə infeksiya varsa dərman müalicəsi,əgər varikosel varsa genişlənən damarların mikrocərrahi əməliyyatı tövsiyyə olunur.