Close

(+994 50) 555-20-30

info%drseymur#az

Sidik kisəsi törəmələri

  • 13 dekabr
    2020
  • 21:51
  • 3683
  • 6
    1
13.12.2020 - 21:51
3683
1

Sidik böyrəklərdə hazırlanır və sidik kisəsində toplanır. Gün ərzində vaxtaşırı istəmli olaraq boşaldılır. Tutumu ortalama 400-600ml-dir.

Sidik kisesi törəmələri yarandığı toxumaya görə 3 cür olur.

  1. Ürotelyum menşeli törəmələr-sidik kisəsinin daxili qatından əmələ gəlir;
  2. Squamoz menşeli törəmələr-sidik kisəsinin daxili qatında uzun müddətli infeksiya və qıcıqlanmalardan sonra yaranan bu hüceyrələr sonradan kansər toxumasına keçə bilər;
  3. Adenokarsinoma-sidik kisəsində şirə hazırlayan hüceyrələrdən əmələ gəlir.

Sidik kisəsi törəmələrinin əmələ gəlmə səbəbləri:

Səbəbi tam məlum olmasa da aşağıdakı risk faktorları sidik kisəsi törəmələrinin əmələ gəlməsində əhəmiyyətli rola malik olduğunu göstərən çalışmalar mövcuddur.

  • Siqaret, kimyəvi kanserogenlər, genetik faktorlar, xroniki infeksiyalar, radioterapiya, kimyəvi terapiya.
  • Sidik kisəsi törəmələri hər yaşda və cinsdə görülə bilər amma yaşlı nəsildə və kişi cinsində görülmə sıxlığı daha çoxdur.

Sidik kisəsi törəmələrində əlamətlər:

  • Hematuriya-sidikdə qan. Bu gözlə görülən(makroskopik)və gözlə görülməyən səviyyədə(mikroskopik) ;
  • İrritasyon-sidiyə gedərkən yanma, tez –tez sidiyə getmə və bunun gecələr də olması əlamətləri;
  • Yan ağrısı-böyrək nahiyyəsində;
  • Qasıq nahiyyəsində ağrı ola bilər.

Sidik kisəsi törəmələrinin diaqnostikası:

Sidiyin ümumi analizi, USM, KT, MRT istifadə edilə bilər ancaq deqiq diaqnostika sistoskopiya (sidik kisəsinin kamera vasitəsilə müayyinəsi) vasitəsilə qoyulur.

sidik-kisesi-toremeleri-2