Close

(+994 50) 555-20-30

info%drseymur#az

Epididim Kistaları

  • 19 fevral
    2021
  • 12:50
  • 352
  • 2
    0
19.02.2021 - 12:50
352
0

Epididim kistaları xayaların üst hissəsində yerləşən xaya artımında əmələ gələn, içərisi maye ilə dolu, hamar səthli törəmələrdir. Adətən androloji müayinələr zamanı təsadüfən aşkarlanırlar. Müxtəlif ölçülərdə ola bilər (1-15 sm).

Əlamətləri: Adətən heç bir əlamət vermir və təsadüfən aşkarlanır. Çox böyük ölçülərə çatdıqları zaman ağrı, diskomfort hissi, bəzən oturma və yerimə zamanı maneəçilik törədə bilər.  Nadirən infeksiyalaşa bilər. Öz-özünə yırtıla bilər. Bədxassəli törəmələrə çevrilmə ehtimalı yoxdur.

Müalicəsi: Epididim kistalarının dərman müalicəsi yoxdur. Balaca ölçülü kistalar  cərrahi müalicə olunmur. Yanlız ağrı, oturma və yeriməyə maneəçilik törədən və kosmetik görünüşə görə xəstəni narahat edən kistalar cərrahi əməliyyatla xaric edilir. Əməliyyat qısa  vaxt alan, fəsadsız bir prosesdir və həmin gün xəstə evə gedə bilər. İz qalmır və adətən təkrarlanmır.

Ağırlaşmaları: Çox nadir hallarda infeksiyalaşa bilər.