Close

(+994 50) 555-20-30

info%drseymur#az

Prostat vəzinin adenoması əməliyyatının əhəmiyyəti.

  • 22 aprel
    2021
  • 10:42
  • 783
  • 3
    1
22.04.2021 - 10:42
783
1

Prostat vəzi normada 18-20 qram ölçüdə olur. Yaş artdıqca vəzin həcmi artır və zamanla sidiyin axma sürətini azaldır.

Gecə tez-tez sidiyə durma, sidiyi tam boşaltmama hissi yaradır. Vəzin ölçüləri böyüdükcə sidik kisəsinin həcmi artır və divarı trabekulyarlaşır. Qalıq sidiyin həcmi artıqca geri axımla böyrəkləri zədələyə bilir.

Ümumiyyətlə bütün kişilər 45 yaşından etibarən ildə 1 dəfə PSA analizi verməlidir. PSA-prostat spesifik  antigen-prostat xərçənginin ilkin diaqnozunda istifadə olunur. PSA 0-2.5 aralığında olması normal qəbul olunur.

Prostat adenoması müalicəsi: Dərman və cərrahi yolla müalicə olunur. Dərman müalicəsi effektsiz olduqda, qalıq sidik çox olduqda cərrahi yolla müalicə olunur.

Cərrahi müalicənin üstünlükləri:

Gündəlik dərman istifadəsinə ehtiyac qalmır.

Gecə sidiyə çıxmaların sayı azalır.

Sidiyin sürəti artır.

Əməliyyat adətən  spinal anesteziya altında, ayıq şəkildə, qapalı yolla aparılır. Xəstə əməliyyatdan sonra 1-2 gün xəstəxanada qalır. Əməliyyatdan sonra qısa zamanda normal iş və həyat fəaliyyətinə davam edir.