Close

(+994 50) 555-20-30

info%drseymur#az

Penis böyütmə

  • 20 sentyabr
    2022
  • 14:55
  • 24056
  • 59
    17
20.09.2022 - 14:55
24056
17

Penisin inkişafı təkcə cinsi yetişkənlik dövründə deyil uşaqlıqdan başlayır. Körpəlik dövründə mikropenisi olan uşaqların cinsiyyət üzvü cinsi yetişkənlik dövründə inkişaf etsə də ölçü olaraq daha kiçik olur. Penisin ölçüsü fizioloji, genetik və irqi mənsubiyyətlərdən asıllıdır. Bunlardan əlavə hormonal balans da penisin ölçüsünə təsir edir.

   Penisin ölçüsü nə qədər olmalıdır? Penisin ideal ölçüsü demək çox düzgün olmaz. Şəxs ayaqda sidik ifraz edərkən çətinlik çəkmirsə, cinsi əlaqə zamanı problem yaşamırsa və partner məmnuniyyəti varsa bu həmin şəxsin  ideal penis ölçüsünə sahib olduğunu göstərir. Ümumilikdə isə penisin ölçüsünün 9 sm-in altında olması mikropenis kimi qəbul edilir.

   Penis böyütmə deyildiyində penis uzatma və penis qalınlaşdırma nəzərdə tutulur. Bunlar ayrı ayrı əməliyyatlar olub, xəstənin istəyinə uyğun olaraq hər ikisi eyni anda və ya ayrı –ayrılıqda icra edilə bilər.

   Penis uzatma penisi qarın divarına bağlayan suspansatuvar bağlarların sərbəstləşdirilməsi yolu ilə icra edilir. Bu zaman penisin görülməyən hissəsi üzə çıxır və 2-4 sm ölçüdə uzanma əldə edilir.

  Penisin qalınlaşdırılması həm penis uzatma əməliyyatı ilə birlikdə həm də ayrılıqda icra edilə bilər. Əgər qalınlaşdırma uzatma ilə birlikdə icra olunacaqsa həkim qarının alt hissəsində dəri altında ola piy toxumasını alıb cinsiyyət üzvünün dərisi altına inyeksiya edir. Əgər xəstə sadəcə qalınlaşdırma istəsə bu zaman əməliyyatsız və narkozsuz xüsusi dolğular vasitəsilə qalınlaşdırma etmək mümkündür.

Penis uzatma ömürlük olsa da penis qalınlaşdırma təkrar icra edilə bilər.

 

XƏBƏRLƏR - TİBBİ UĞURLAR