Close

(+994 50) 555-20-30

info%drseymur#az

Analizlərin verilmə qaydası

Pasientlər üçün  analizlərin  verilmə qaydaları aşağıdakılardır.

Spermoqramma analizi üçün lazım olan qaydalar: 3-7 gün öncədən cinsi əlaqədə olmamaq, spirtli içki və dərman qəbul etməmək. Analiz steril qabda və 1 saat ərzində labarotoriyaya təhvil verilməlidir.

Sidik analizi üçün lazım olan qaydalar: Ümumi sidik analizi üçün ilk səhər sidik istifadə olunur. Sidik yığmaqdan əvvəl xarici cinsiyyət üzvləri su ilə yaxşı yuyulmalıdır. Steril qabda 2 saat ərzində labarotoriyaya təhvil verilməlidir.

PZR  (yaxma) analizi üçün lazım olan qaydalar:  2-3 saat ərzində sidiyə çıxmamaq, antibiotik qəbul edirsinizə, 1 həftə öncədən dərman qəbulunu dayandırmalısınız. Spirtli içki qəbul etməmək lazımdır.

Qan analizi üçün lazım olan qaydalar: Əksər hallarda qan acqarına verilir. Bu isə son qida qəbulundan ən azı 8 saat keçməyi deməkdir. Şirə, çay,qəhvə spirtli içki qəbul etməmək lazımdır. Qan analizini vermədən əvvəl retngen və usm, fizioterapiya prosedurlarından keçmək olmaz.