Cinsi zəiflik - Müasir müalicə üsulları
Cinsi zəiflik nədir?
Cinsi zəiflik penisin cinsi əlaqə üçün kifayət qədər sərtləşməməsidir. Penisin sərtləşməsi həm qan dövranı, həm əzələ sistemi, həm də sinir sisteminin hesabına baş verir.
Kimlərdə daha çox görülür?
İndiki dövrdə, ümumiyyətlə, cinsi zəiflik həm artıb, həm də daha erkən yaşlarda görülməyə başlayıb.
Müalicəsi mümkündürmü və hansı müalicə üsulları var?
Əlbəttə ki, mümkündür. Əvvəllər müalicəsində dərmanlardan istifadə edilən bu xəstəliyin müasir dövrdə yeni müalicə üsulları var. Belə ki, dərman müalicəsi müvəqqəti müalicə sayılır və təsiri qısa müddətlidir. Uzunmüddət dərman istifadəsində xəstə məmnuniyyəti aşağıdır.
Müasir müalicə üsulları hansılardır?
- ED ESWT – şok dalğa terapiyasıdır. Gündəlik, ağrısız prosedur olub, 10-15 dəqiqə çəkir. Penisin qan dövranını yaxşılaşdırmaqla cinsi zəifliyi müalicə edir.
- PRP (P-shot)-(Platelet rich plasma) – xəstənin öz qanından istifadə edilən təbii prosedurdur. Qanın plazması ayrılaraq cinsiyyət üzvünə vurulur. 30-40 dəqiqə çəkən ağrısız prosedurdur.
- Kök hüceyrə (stem cell (SVF)) terapiyası – 1-1.5 saat vaxt tələb olunur. Əməliyyat deyil, buna görə də narkoz riskləri yoxdur. Yerli keyləşdirmə altında qarından alınan piydən əldə olunan kök hüceyrələri cinsiyyət üzvünə vurulur.
Bu müalicə üsullarının üstünlükləri nələrdir?
Gündəlik prosedur olması, xəstəxanada yatışa ehtiyac olmaması, yerli keyləşdirmə ilə edilməsi, həkimin tam nəzarəti altında edilməsi bu müalicə üsullarının üstünlükləridir. Bir digər üstünlüyü şikayəti gündəlik yox etməsi deyil, orqanda qan dövranını, sinir sistemini və əzələləri bərpa etməsidir.