Close

(+994 50) 555-20-30

info%drseymur#az

Hidrosel

asd2Hidrosel xayanı əhatə edən qatların arasına normadan artıq mayenin toplanmasıdır və şişməsi halıdır. Normada bu qatlar arasında 0,5-1,0 ml maye olur, hidrosel zamanı isə mayenin miqdarı 200-300 ml-yə qədər arta bilir. Yaranma səbəbinə görə iki tipi vardır;

1-cili hidrosel - hər hansı səbəb olmadan yaranır.

2-cili hidrosel - isə xaya xə xaya ətrafı toxumaların iltihabı, travma və.s hallarda əmələ gəlir.

Sadə hidrosel - tək tərəfli, böyüyüb-kiçilməyən, ağrısız, gərgin, səbəbi tam bilinməyən şəkildə olur.

Simptomatik hidrosel - əsasən hər hansı bir patologiya nəticəsində yaranır. Kəskin epididimit (xaya artımının iltihabı) və kəskin orxit (xayanın iltihabı) nəticəsində yaranır. Xaya şişlərinin 10-15%-də hidrosel görülür. Yeni doğulmuş uşaqlarda çox rast gəlinir. Ana bətnində dölün inkişafı zamanı qarın bölgəsindən xayalara doğru bir kanal uzanır və bu kanalla hərəkət edən xayalar skrotuma (xayalığa) endikdən sonra bu kanalın qarın ilə əlaqəsi kəsilir. Bəzən bu kanal bağlanmır, nəticədə qarın boşluğu daxili maye buradan xayalığa axaraq şişkinliyə səbəb olur. Bu hal hidrosel adlandırılır.

Hidroselin əlamətləri

hidrosel.Əksər hallarda kəskin ağrı verməz, bir ağırlıq hiss edilir, xaya ətrafı maye artdığı üçün şişkinlik görülür. Diaqnozu asan olan bu xəstəliyin gedişi də xoş xarakterlidir. Uzun müddət davam etdikdə yerimə zamanı narahatçılıq və estetik qüsur kimi narahat edir. Diaqnozu qoyularkən xayalarda şişkinliyin olması və USM (ultrasəs müayinəsi) kifayət edir.

Müalicəsi

Hidrosel doğuşdan sonrakı bir neçə ay ərzində görülür və öz-özlüyündən geriləyir. Bu səbəbdən 1 yaşından öncə əməliyat məsləhət görülmür. Əvvəllər xaya ətrafındakı mayeni iynə ilə çəkərdilər,lakin bu müalicə üsulu deyil, çünki bir müddət sonra yenidən maye toplanır. Müalicəsi yalnız əməliyatladır, çox sadə, rahat və qısa müddəttə həyata keçirilir. 100 %-ə qədər effektli əməliyatdır. Kiçik əməliyatlar qrupuna aiddir. Əməliyat dan sonrakı 24 saat müddətində xayalara buz qoyulması məsləhətdir.