Close

(+994 50) 555-20-30

info%drseymur#az

Kişi menopozunun əlamətləri nələrdir?

Kateqoriya: KİŞİ KLUBU
  • 18 dekabr
    2016
  • 11:02
  • 1382
  • 0
    0
18.12.2016 - 11:02
1382
0

Orta yaşlardakı kişilər üçün cinsi impulsları azalma hormonların enişinə bağlı olaraq görülə bilər. Bəs kişilərdə menopozun əlamətləri nələrdir?

1-Fiziki əlamətlər:

  • Gücsüzlük
  • Halsızlıq
  • İştahsızlıq
  • Sümük və oynaq ağrıları
  • Dəridə meydana gələn atrofik dəyişikliklər
  • Fiziki enerjidə azalma
  • Bədən və orqanların yağ kütlələrində artım
  • Cardio-vaskulyar xəstəlik riskində artım
  • Insulinə müqavimətin artması
  • Sinələrin yağlanması
  • Qarın bölgəsində yağ toplanması
  • Tüklənmə və saqqal çıxmasında azalma
  • Sümük mineral sıxlığında azalma
  • Həddindən artıq tərləmə
  • Oynaq və əzələ şikayətlənmələri
  • İsti basması
  • Yuxu ehtiyacında artım
  • Yuxu pozğunluqları
  • Osteoporoz
  • Onurğa və omba sümüklərində qırılma riskində artım
  • Özünü yaxşı hiss etməmə və s.

Bu fiziki əlamətlərin çoxu testesteron səviyyəsindəki düşmədən irəli gəlir.

 

2-psixoloji əlamətlər:

  • Özünə güvən itkisi
  • Depresif xasiyyət halı
  • Əsəbilik
  • Narahatlıq
  • Həyatdan zövq almama
  • Tez əsəbiləşmə
  • Konsentrasiya itkisi
  • Unutqanlıq
  • Zehni yorğunluq
  • Yaddaşda və qavramada azalma və s.

Bu psixoloji əlamətlərin çoxu əslində kişinin, kişi suveren mədəniyyətin özünə öyrətdiyi 'iqtidar'ını işarələyən ereksiyanın azalmasından irəli gəlir.

 

3-Cinsi həyatdakı əlamətləri:

  • Cinsi fəaliyyət sıxlığında azalma
  • Cinsi istəkdə azalma
  • Orgazm hissində azalma
  • Ereksiya problemləri
  • Gecə ereksiyaları
  • Səhər ereksiyalarının sıxlığında azalma
  • Boşalma müddətində azalma
  • Penis sərtliyində yüngül azalma və s.

Bu fiziki əlamətlərin çoxu yenə testesteron səviyyəsindəki düşmədən irəli gəlir.