Erkən boşalmanın dolğu ilə müalicəsi
Erkən boşalma geniş yayılmış xəstəlik olub həm kişilərdə psixoloji problemlər yaradır həm də ailə daxili münaqişələrə səbəb olur. Müalicəsində həm dərmanlardan həm fizioterapiya üsulundan istifadə edilir. Son dövrlərdə müalicəsində yeniliklər artmaqda davam edir. Bunlardan biri də cinsiyyət üzvünün baş hissəsinə dolğu vurulmasıdır. Bu prosedurlar cərrahi əməliyat olmadığı üçün və narkoz verilmədiyi üçün cərrahi və narkoz riskləri yoxdur. Həmçinin tez və uzun müddət təsir göstərməsi, günlük prosedur olması ən böyük üstünlüyüdür. Prosedurdan 2 gün sonra xəstə cinsi əlaqəyə girə bilər. Boşalma müddəti 2-3 dəfə artıq olur. Bu prosedurları penis cərrahiyyəsi ilə məşğul olan və kifayət qədər cərrahi biliyi olan uroloqlar tərəfindən ediləməsini tövsiyyə edirik. Bununla siz fəsadsız nəticələr əldə edə bilərsiniz.