Close

(+994 50) 555-20-30

info%drseymur#az

Kişilərin imtina edə bilmədiyi yeməklər

Kateqoriya: KİŞİ KLUBU
  • 29 yanvar
    2017
  • 21:32
  • 872
  • 0
    0
29.01.2017 - 21:32
872
0

Qadınlar şokolada yox deyə bilmədiyi kimi kişilər də  yağlı qidalara söykənən məhsullardan imtina etməkdə çətinlik çəkir.Kişilərin imtina edə bilməyəcəyi qidalara nəzər salaq.

  • Cips: Amerikada həyata keçirilən bir araşdırmada, kişilərə ömürləri boyunca ən çox yemək istədikləri qida soruşulduğu zaman  "Cips" cavabını alıblar. Xüsusilə futbol  izləyərkən kişilərin imtina edə bilmədikləri klassik çipsidir. Təxminən, 15 ədəd cipsdə 160 kalori və 10 qr. yağ mövcuddur.Bəzilərində isə yağ miqdarı daha çoxdur.
  • Dondurma: İkinci sırada gələn dondurma, kalsium və zülal baxımından zəngindir. Normasında qəbul edildiyi müddətcə,kilo almaq problem olmaya bilər. Əgər dondurmanızın üzərinə karamel və ya şokolad sousu, krem, fındıq və ya fıstıq parçaları əlavə etsəz,adi görünən dondurmanızın kalorisi artacaq.
  • Pivə: 3-5% nisbətində spirt ehtiva edən 330 ml. pivədə 139 kalori vardır.Xüsusilə də,yay axşamları soyuq pivə hər zaman arzulanandırsa,təkrar düşünməyə başlayın.
  • Yağlı qırmızı ət: Restorana hər gedərkən ən böyüyündən qırmızı ət sifarişi verirsinizsə diqqətli olun! 450 gr.'lıq bir kotletdə təxminən 1000 kalori və 37 qr. doymuş yağ vardır. Bunun yanında püre, kartof, plov kimi əlavələr olanda kalorilər daha da artır.
  • Pizza: Məktəb illərindən bir vərdiş olan pizza, praktik və ləziz olduğu üçün tez-tez seçim edilən yeməklər arasındadır. Pizzanızı sosiska, ət və  pendirli qəbul etsəz, bir dilimdə 300 kaloridən çox ala bilərsiniz.
  • Hamburger və qızarmış kartof: Fast-food deyəndə bu menyuya bir də qazlı içki əlavə olunur. Klassik bir hamburger, təxminən 250-300 kalori arasında dəyişir və 8-10 qr. yağ ehtiva edir. 
  • Qızarmış toyuq parçaları: Qızarmış toyuq qanadlarının 6 dənəsi təxminən 500 kaloridir. Sous istəyirsinizsə; 50 -130 kalori də əlavə etmək lazımdır.
  • Dondurulmuş qidalar: Yorğun keçən günün sonunda praktik və sürətli qidalara da yönəlirik. Bütün dondurulmuş məhsullar kalorili, yüksək yağlıdır.Ancaq seçim edərkən son istifadə tarixinə baxmaq lazımdır.
  • Bufet: Hər zaman ən böyük tələləri təqdim edir. Seçim çox olduğu üçün bir qaşıq düyü, bir dilim ət və s. ardı gələn böyük bir boşqabda yığılan qidalardır. Sağlam variantlar üçün zeytun yağlı yeməklər, salat və yağsız əti seçim etməyinizi təklif edərdik.