Close

(+994 50) 555-20-30

info%drseymur#az

Həftə sonu üçün bir az plan qursanız yaxşı olar...

Kateqoriya: KİŞİ KLUBU
  • 22 mart
    2017
  • 21:20
  • 721
  • 0
    0
22.03.2017 - 21:20
721
0

Alkoqolizm, ictimai əlaqələrin azlığı və siqaret asılılığının ortaq nöqtəsi nədir? Bütün bunlar ölüm səbəbi olaraq qiymətləndirilir və erkən ölümə yol açdığı görülür.

Sosial əlaqələrin azlığı məsələsinə bir az daha diqqət edin. Gecələri yoldaşlarınızdan gələn dəvət mesajlarına əhəmiyyət verməmək, sizə düşündüyünüzdən daha çox zərər verir.

Belə görünür ki, təklik başımıza gələ biləcək ən böyük sağlamlıq problemlərindən biridir. Yalnız insanlar daha erkən ölüm riskinə malik olur və xəstəlikləri  daha çox olur. 2016-ci ildə The Washington Post qəzetində nümayiş olunan bir məqalədə, 80-ci illərdən bu yana bir çox araşdırmanın bu fikri  dəstəklədiyi bildirilir. Bu mövzudakı əsas problem isə təkliyin insanlar üçün adi hala gəlməsi və kimsənin əslində yalnız olduğunu qəbul etməməsidir.

 Çox vaxt  yalnız qalmaq o qədər də pis görünmür. Sosial əlaqələrdən qaçmaq, insana komfortlu gəlir. Lakin bu konfortun əvəzi ağır ödənir.

Yalnız olduğunuzu qəbul etməyiniz çətindir. Lakin bu həqiqəti qəbul edib, ictimai əlaqələrə daha çox daxil olmaq həyatınızı qurtara bilər.Yeni insanlarla tanış olmaqdan çəkinməyin. Birlikdə vaxt keçirməyiniz və bir fincan çay içmək  sizi öldürməz.